Azərbaycan Respublikası Apelyasiya məhkəmələri

 hakimlərinin vəzifədən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Bakı Apelyasiya Məhkəməsinin hakimi Natiq Mehdi  oğlu Abbasov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar  həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

II. Şirvan Apelyasiya Məhkəməsinin hakimi Zamin Vəliyəddin oğlu İbrahimov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

III. Şəki Apelyasiya Məhkəməsinin hakimi İnşallah Fərrux oğlu Quliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar həmin məhkəmənin hakimi vəzifəsindən azad edilsin.

IV.  Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

O.ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 Bakı şəhəri, 20 iyun 2014-cü il

Azərbaycan.-2014.- 21 iyun.- S.2.