AMEA-nın Nizami
adına Ədəbiyyat İnstitutunda “Şah İsmayıl Səfəvi tarixi diplomatik sənədlər
toplusu” kitabının təqdimat mərasimi
keçirilmişdir
İyunun
20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA)
Nizami adına Ədəbiyyat İnstitutunda “Şah
İsmayıl Səfəvi tarixi-diplomatik sənədlər
toplusu” kitabının təqdimat mərasimi
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, kitabın elmi redaktoru Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyevdir.
Tədbirdə
institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli
çıxış edərək kitabın tarixi əhəmiyyətindən
söz açmışdır.
Bildirilmişdir ki, təqdimatı keçirilən kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazmalar fondlarından toplanmış materiallar - diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur.
Vurğulanmışdır ki, bu dəyərli toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə açılır.
Vurğulanmışdır ki, Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olmuşdur. O, sözün əsil mənasında, Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi. Şah İsmayıl paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoymuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmışdır. Şah İsmayıl Xətainin nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində həmişə bir örnək olaraq qalmış və qalacaqdır.
Tədbirdə görkəmli alimlərin kitabla bağlı dəyərli fikirləri dinlənilmiş və fikir mübadiləsi aparılmışdır.
Bildirilmişdir ki, “Şərq-Qərb” nəşriyyat
evi tərəfindən çap
olunmuş bu nəfis
tərtibatlı kitab geniş
oxucu marağına səbəb olacaq və Azərbaycan
tarixşünaslığında I Şah
İsmayıl mövzusu ətrafında
illərdir hökm sürən ciddi problemlərdən bir
qisminin həllinə qismən də
olsa aydınlıq gətirəcəkdir.
Azərbaycan.-2014.- 21 iyun.- S.3.