Dövlət Gömrük
Komitəsinin sədri Salyan
şəhərində
vətəndaşları qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri
bölgələrdə vətəndaşların qəbulunu
keçirir, onların müxtəlif məsələlərlə
bağlı müraciətlərinin, ərizə və
şikayətlərinin müsbət həll olunması
üçün müvafiq tədbirlər görürlər.
AzərTAc
xəbər verir ki, iyunun 20 Dövlət Gömrük Komitəsinin
sədri, gömrük xidməti general-leytenantı Aydın
Əliyev Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində
Salyan, Neftçala, Biləsuvar və Cəlilabad
rayonlarından olan vətəndaşları qəbul
etmişdir.
Qəbula gəlmiş vətəndaşların müraciətlərinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələri, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qaydaları ilə bağlı olmuşdur.
Səyyar qəbul zamanı komitə sədri hər bir sakinin müraciətini diqqətlə dinləmiş və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını vermişdir.
Vətəndaşların
qaldırdıqları məsələlərin bir çoxu yerindəcə
həll edilmiş, komitənin səlahiyyətlərinə
aid olmayan məsələlərlə
bağlı müraciətlər isə müvafiq
orqanlara çatdırılmaq üçün qeydiyyata
alınmış və nəzarətə götürülmüşdür.
Azərbaycan.-2014.- 21 iyun.- S.5.