Lüksemburqun Böyük Hersoqu Əlahəzrət
Anriyə
Əlahəzrət,
Milli bayramınız – Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 20 iyun 2014-cü il.
Azərbaycan.-2014.- 22 iyun.- S.1.