Prezidentin Mətbuat Xidmətinin məlumatı

 

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir.

Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin siyasi, iqtisadi, humanitar, hərbi-texniki və digər sahələrdə uğurla inkişaf etməsi məmnunluqla qeyd olunmuş, yüksək səviyyəli əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə edilmişdir.

Telefon söhbəti zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər müzakirə edilmiş, münaqişənin həllində Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya Federasiyasının rolu qeyd olunmuşdur.

Dövlət başçıları qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparmışlar.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.1.