Azərbaycan Respublikasının maşınqayırma sənayesi

 işçilərinə «Əməkdar mühəndis» fəxri adının verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda maşınqayırma sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:

 

Əliyev Əziz Hüseyn oğlu

Talıbov Akif Zaman oğlu

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 Bakı şəhəri, 23 iyun 2014-cü il

Azərbaycan.-2014.- 24 iyun.- S.1.