Prezident Vladimir Putin: Regionlararası əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi
dostluq münasibətlərinin əsas inkişaf istiqamətlərindən biridir
Regionlararası
əlaqələr Rusiya ilə Azərbaycanın ənənəvi
dostluq və mehriban qonşuluq münasibətlərinin əsas
istiqamətlərindən biridir, yeni layihə və təşəbbüslərə
təkan verir.
AzərTAc
xəbər verir ki, bu sözlər Rusiya Prezidenti Vladimir
Putinin “Regionlararası əməkdaşlıq: yeni inkişaf
imkanları” mövzusunda Qəbələdə keçirilən
V Azərbaycan-Rusiya Regionlararası Forumunun
iştirakçılarına təbrik məktubunda yer
almışdır.
Rusiya
Prezidentinin müraciətində deyilir: “Əsas məsələ
budur ki, bu il beş yaşı tamam olan forumunuzun nüfuzu
durmadan yüksəlir, iki ölkənin regionlarının
qarşılıqlı fəaliyyətinin bütün spektri
üzrə konstruktiv dialoq üçün lazımlı məkana
çevrilir”.
Məktubda
vurğulanır ki, forum iki ölkənin energetika, nəqliyyat,
investisiyalar, kənd təsərrüfatı, turizm və təhsil
sahələrində əməkdaşlıq
potensialının gücləndirilməsi üçün əla
imkandır.
Azərbaycan.-2014.- 24 iyun.- S.3.