Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası

Forumudəyirmi masa”larla davam etmişdir

 

İyunun 23-də Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu plenar iclasdan sonra öz işini “dəyirmi masa”larla davam etdirmişdir.

AzərTAc xəbər verir ki, “dəyirmi masa”larda hər iki ölkənin energetika, nəqliyyat, təhsil nazirliklərinin nümayəndələri, ali təhsil ocaqlarının rəhbərləri və professorları, iş adamları iştirak etmişlər.

İştirakçılar Azərbaycan və Rusiya arasında energetika və nəqliyyat sahəsində əməkdaşlıq, humanitar əlaqələrin perspektivləri, investisiya imkanları barədə müzakirələr aparmışlar.

İyunun 24-də forum işini aqrar, turizm, bank sahələri üzrə “dəyirmi masa”larda davam etdirəcəkdir.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.3.