Qəbələ forumu iştirakçılarının şərəfinə

 konsert proqramı təşkil olunmuşdur

 

Qəbələ, 23 iyun (AzərTAc). İyunun 23-də Qəbələdə öz işinə başlayan V Azərbaycan-Rusiya Regionlararası Forum iştirakçıları üçün maraqlı konsert proqramı təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, Qəbələnin Mədəniyyət Mərkəzində keçən konsertdə tanınmış müğənnilər və rəqs ansamblları çıxış etmiş, həmçinin Xalq Artisti Teymur Göyçəyevin rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin ifasında müxtəlif janrlarda musiqilər səslənmişdir.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.3.