Milli Qurtuluş
Günü münasibətilə “Azərbaycanı
Avropada tanıdaq!” devizi
altında keçirilmiş motoyürüş yüksək qiymətləndirilmişdir
Milli
Qurtuluş Günü münasibətilə iyunun 7-dən 21-dək
Bakı-Zaqreb-Bakı marşrutu üzrə “Harley Devidson HOG
Baku”nun təşkilatçılığı, ANS-in
informasiya dəstəyi ilə “Azərbaycanı Avropada
tanıdaq!” devizi altında motoyürüş
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, iyunun 23-də Baş nazirin müavini, Yeni
Azərbaycan Partiyasının sədr müavini-icra katibi
Əli Əhmədov motoyürüş
iştirakçıları ilə
görüşmüşdür.
Əli Əhmədov motoyürüşün əhəmiyyətini yüksək qiymətləndirmişdir. Baş nazirin müavini vurğulamışdır ki, yürüş zamanı çətinliklərə tab gətirmək ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin hörmətdən irəli gəlir. Yürüşə çıxmazdan əvvəl siz bilirdiniz ki, çətinliklərlə rastlaşacaqsınız, ancaq ümummilli lider Heydər Əliyevin xatirəsinə dərin ehtiram və Azərbaycanı Avropada daha yaxşı tanıtmaq üçün bu çətinliklərə sinə gərmək lazımdır. Biz bunu yüksək qiymətləndiririk. Bu aksiya gənclərə bir nümunədir.
Yürüş haqqında
məlumat verən ANS Şirkətlər Qrupunun
prezidenti Vahid Mustafayev demişdir ki, aksiyanın məqsədi Azərbaycanın
bugünkü reallıqları və
Xocalı faciəsi haqqında xarici
ölkələrdə insanları daha dolğun məlumatlandırmaq idi.
Biz buna nail ola bildik.
Azərbaycan.-2014.- 24 iyun.- S.5.