Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları bu rayonun tarixi abidələri, turizm obyektləri və istehsal müəssisələri ilə tanış olmuşlar

 

Qəbələdə keçirilən V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları iyunun 23-də Qəbələ rayonunun Vəndam qəsəbəsində fəaliyyət göstərən “Gilan Holdinq”in “Aqro Kompleks Qəbələ” heyvandarlıq kompleksi ilə tanış olmuşlar.

AzərTAc xəbər verir ki, rusiyalı qonaqlar regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq iyirmi hektar ərazidə inşa olunan kompleksin iki inək və iki buzov fermalarından və doğuş zalından ibarət olması barədə məlumatlandırılmışlar. Bildirilmişdir ki, bu layihənin inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleks Almaniyanın məşhur “Delovan”, “Qruber”, “Vestvalya”, “Dea” şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmışdır. Kompleksin sağım sexi dünyanın ən mütərəqqi “Karuseltipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Yeni texnologiya hər inəkdən sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün ilkin olaraq Almaniyadan 620 başSimmental” cinsindən olan südlük-ətlik istiqamətli cins düyələr alınmışdır. Gətirilən heyvanlar artıq yerli iqlimə uyğunlaşmış və orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verəcəkdir.

Qonaqların diqqətinə çatdırılmışdır ki, kompleksin yemlə təmin edilməsi məqsədilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılmışdır. Artıq bu ərazilərdə müxtəlif yem bitkiləri əkilmişdir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu vardır. Bundan əlavə, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılmışdır. Görülən işlər hesabına kompleksin yem təchizatı tam təmin olunacaqdır. 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaqdır. Beləliklə, bu kompleks Avropanın ən nəhəng heyvandarlıq müəssisələrindən biri olacaqdır. Burada çalışan aparıcı mütəxəssislər HollandiyadaAlmaniyada ixtisasartırma kursu keçmişlər. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilmişdir.

Qəbələ ilə tanışlıq zamanı qonaqlara rayonun sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər və əldə edilən uğurlar barədə də ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, bu gün respublikamızın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsini Qəbələ rayonunun simasında aydın görmək olar. Rayonda yaradılan yeni istehsal müəssisələri, sənaye və turizm obyektləri Qəbələnin iqtisadi inkişaf dinamikasının artmasında müstəsna rol oynayır. Beynəlxalq və iri miqyaslı tədbirlərin Qəbələdə keçirilməsi bu diyarın füsunkarecazkar təbiətə malik olduğunu bir daha təsdiq edir.

Rusiyalı qonaqlar Qəbələyə səfər zamanı “Gilan pianoMMC-ninBeltmannpiano fabriki ilə də tanış olmuşlar. Bildirilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyadaBeltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir.

Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən bu müəssisə inzibati binaistehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 pianonun istehsal edilməsi mümkündür.

Qonaqlar beşulduzluQafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, “Fitnes” istirahət-sağlamlıq mərkəzi, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuşlar.

Qəbələ ilə tanışlıq, rayonda aparılan tikinti-quruculuq və abadlıq işləri Rusiyadan olan nümayəndə heyətində zəngin təəssürat yaratmışdır. Qonaqlar Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunubu istiqamətdə böyük işlər görüldüyünü söyləmiş, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan infrastrukturun, sürətlə inkişaf edən turizm sektorunun iqtisadiyyatımıza verəcəyi töhfələri yüksək qiymətləndirmiş və Qəbələyə səfərlərindən məmnunluqlarını ifadə etmişlər.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.5.