Nəqliyyat naziri Tovuzda vətəndaşları qəbul etmişdir
Prezident
İlham Əliyevin tapşırıq və tövsiyələrinə
əsasən mərkəzi icra hakimiyyəti orqanlarının
rəhbərləri bölgələrdə vətəndaşların
qəbulunu davam etdirirlər.
AzərTAc
xəbər verir ki, vətəndaşların
rahatlığı, müraciətlərinin operativ həlli məqsədi
daşıyan növbəti belə bir qəbul Tovuz şəhərində
nəqliyyat naziri Ziya Məmmədov tərəfindən
keçirilmişdir.
Nazirliyin müvafiq struktur rəhbərlərinin də qatıldıqları qəbulda Tovuz ilə yanaşı, Ağstafa və Qazax rayonlarından olan vətəndaşlar da iştirak etmişlər.
Müraciətlər əsasən regionlarda nəqliyyatla bağlı problemlərin araşdırılması və həll edilməsi, respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin təmiri və tikintisi, işə qəbul və digər məsələlərlə əlaqədar olmuşdur.
Nazir tərəfindən fərdi qaydada qəbul edilən bir çox vətəndaşın müraciəti yerindəcə həllini tapmış, qaldırılan bəzi məsələlər araşdırılaraq həll olunması üçün nəzarətə götürülmüşdür. Nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Qəbula gələn vətəndaşlar
yaradılmış şəraitdən, onlara
göstərilən diqqət və qayğıdan
razılıq etmiş, yerlərdə bu cür qəbulların
təşkilinin təşəbbüsçüsü Prezident İlham Əliyevə
minnətdarlıqlarını bildirmişlər.
Azərbaycan.-2014.- 24 iyun.- S.6.