Bakıda “Azərbaycan və Mərkəzi Asiya” səhiyyə sammiti keçirilir

 

İyunun 23-də Bakıda “Azərbaycan və Mərkəzi Asiya” səhiyyə sammiti öz işinə başlamışdır.

AzərTAc xəbər verir ki, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, TacikistanGürcüstandan 40-a yaxın mütəxəssis iştirak edir.

Sammitin açılışında çıxış edən “Oliver Kinross” təşkilatının meneceri Maximilian Lejman təmsil etdiyi təşkilatın fəaliyyəti barədə məlumat vermişdir.

Sammitin həmsədri Nabil Seyidov Bakıda keçirilən bu tədbirin əhəmiyyətindən danışmışdır. Qeyd etmişdir ki, sammitin məqsədi müxtəlif ölkələrin səhiyyə sahəsində peşəkarlarını bir araya gətirmək və ən yaxşı təcrübələri bölüşməkdir.

Bildirilmişdir ki, tədbir iştirakçıları təmsil etdikləri ölkələrin səhiyyə nazirlikləri, klinikaları, tibb işçiləri arasında mövcud əlaqələrin genişləndirilməsi, yeni əlaqələrin yaradılması məsələlərini müzakirə edəcəklər. Eyni zamanda, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə yeni texnologiyaların tətbiqi imkanlarının araşdırılması mövzusunda fikir mübadiləsi aparacaqlar.

Sonra Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini İradə Axundova Azərbaycanda vərəm xəstəliyinin müalicəsi və profilaktikası istiqamətində həyata keçirilən layihələrdən danışmışdır. Bildirilmişdir ki, Azərbaycanda Vərəmlə mübarizə üzrə Dövlət Proqramı və Milli Strategiya çərçivəsində xəstəliyin yayılmasının qarşısının alınması məqsədilə bir sıra tədbirlər həyata keçirilmişdir. Respublikanın şəhər və rayonlarında vərəm xəstəxanalarının tikintisi və təmiri aparılmışdır. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yaradılmış Milli Referens Laboratoriyası ilə yanaşı mikrobioloji müayinələrin aparılması Gəncə və İmişlidə də təşkil edilmişdir. Bu laboratoriyalar müasir diaqnostik cihaz və avadanlıqla təchiz edilmişdir. Vərəmin diaqnostikasının yaxşılaşdırılması, vərəmin multirezistent formalı xəstələrin aktiv müalicəyə cəlb olunması, geniş miqyaslı profilaktik tədbirlərin görülməsi, vərəmli xəstələrin birinciikinci sıra dərman preparatları ilə tam təmin olunması nəticəsində epidemioloji vəziyyətin stabilləşməsinə nail olunmuşdur. Bununla yanaşı, bu xəstəlikdən ölüm göstəricisi son 10 il ərzində 2,6 dəfə azalmışdır.

Qırğız Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Mederbek İsmaılov “Qırğız Respublikasının səhiyyə sistemimövzusunda məruzə ilə çıxış etmişdir.

Toplantıda digər ölkələrin tibb mütəxəssislərinin də məruzələri dinlənilmişdir.

Sammit iyunun 23-də başa çatacaqdır.

 

Azərbaycan.-2014.- 24 iyun.- S.6.