Sloveniya Respublikasının Prezidenti Zati-aliləri cənab Borut Pahora

 

 

Hörmətli cənab Prezident,

Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Sloveniya dostluğu və əməkdaşlığının möhkəmlənməsi və inkişaf etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Sloveniya xalqına daim sülh və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 21 iyun 2014-cü il.

Azərbaycan.-2014.- 25 iyun.- S.1.