Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab İvo
Yosipoviçə
Hörmətli
cənab Prezident,
Ölkənizin
milli bayramı – Dövlətçilik günü münasibətilə
Sizi və xalqınızı öz adımdan və Azərbaycan
xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram
ki, Azərbaycan ilə Xorvatiya arasındakı dostluq
münasibətlərinin daha da möhkəmləndirilməsi
və əməkdaşlığımızın əhatə
dairəsinin genişləndirilməsi istiqamətində
atdığımız addımlar bundan sonra da
xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə
möhkəm cansağlığı, işlərinizdə
uğurlar, dost Xorvatiya xalqına daim əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 21 iyun 2014-cü il.
Azərbaycan.-2014.- 25 iyun.- S.1.