Bir qrup dəniz
nəqliyyatı işçisinə «Əməkdar
mühəndis» fəxri
adının verilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Dəniz nəqliyyatının inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mühəndis" fəxri adı verilsin:
Kazımov Soltan Ağaqulu oğlu
Orucov Şahid Nəcəb oğlu
Səfərov Balakişi Məmmədağa oğlu.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 24 iyun 2014-cü il
Azərbaycan.-2014.- 25 iyun.- S.1.