"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli  686-IVQ nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı

¹ 187                   Bakı şəhəri, 9 iyun 2014-cü il

 

 

 

"Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.3-cü, 1.1.5-ci, 1.1.6-cı, 1.1.8-1.1.11-ci, 1.1.14-cü, 1.1.16-cı, 1.1.18-ci və 1.1.19-cu yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası və tətbiqi Qaydası" təsdiq edilsin (1 nömrəli əlavə).

2. "Beynəlxalq vahidlər sisteminin kəmiyyət vahidləri ilə bərabər sistemdənkənar kəmiyyət vahidlərinin tətbiqi Qaydası" təsdiq edilsin (2 nömrəli əlavə).

3. "Kəmiyyət vahidlərinin adları, işarələri və yazılış Qaydası" təsdiq edilsin (3 nömrəli əlavə).

4. "Texniki vasitələrin ölçmə vasitələrinə aid edilməsi Qaydası" təsdiq edilsin (4 nömrəli əlavə).

5. Standart nümunənin  ya  ölçmə  vasitəsinin tipinin təsdiqi  barədə  sertifikatın  forması  təsdiq edilsin və sertifikatın qüvvədə olma müddəti verildiyi tarixdən etibarən 5 il müəyyən edilsin (5 nömrəli əlavə).

6. "Tipi təsdiq edilmiş standart nümunələrin və ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydası" təsdiq edilsin (6 nömrəli əlavə).

7. "Standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi məqsədi ilə sınaqların keçirilməsi, standart nümunələrin və ya ölçmə vasitələrinin tipinin təsdiqi, bu barədə sertifikatın verilməsi, ölçmə vasitələrinin yoxlamalararası intervalının müəyyən edilməsi və dəyişdirilməsi qaydası, standart nümunələrin və ölçmə vasitələrinin tipini təsdiq edən nişanlara dair tələblər və həmin nişanların vurulma Qaydası" təsdiq edilsin   (7 nömrəli əlavə).

8. "Layihə-konstruktor və texnoloji sənədlərin məcburi metroloji ekspertizasının keçirilməsi Qaydası" təsdiq edilsin (8 nömrəli əlavə).

9. "Ölçmə vasitələrinin yararsızlıq nişanının forması və onun ölçmə vasitələrinə vurulma Qaydası" təsdiq edilsin (9 nömrəli əlavə).

10. "Ölçmələrin vəhdətinin təmin edilməsi üzrə dövlət məlumat fondunun təşkili və aparılması, məlumatların fonda verilməsi, fonddan sənədlərin və məlumatların təqdim edilməsi Qaydası" təsdiq edilsin (10 nömrəli əlavə).

11. "Ölçmə vasitələrinin kalibrlənməsi işlərini yerinə yetirmək, kalibrlənmə haqqında sertifikat  vermək və ya kalibrlənmə nişanını  vurmaq hüququnun verilməsi Qaydası və kalibrlənmə işlərinin yerinə yetirilməsinə dair Tələblər" təsdiq edilsin (11 nömrəli əlavə).

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı qərarları ləğv edilsin:

12.1. "Azərbaycan Respublikasının ərazisində tətbiq olunan ölçü vahidləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 23 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 151);

12.2. "Ölçmə vasitələrinin dövlət reyestrinin aparılması Qaydaları"nın təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 24 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 152);

12.3. "Ölçmə vasitələrinin tipinin təsdiq edilməsi haqqında sertifikatın forması və qüvvədə olma müddətinin müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 fevral tarixli 25 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 2, maddə 153).

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2014.- 25 iyun.- S.2.