Polad Bülbüloğlu:
Azərbaycan və Rusiya prezidentləri
belə forumlara, əlaqələrə
böyük önəm verirlər
Azərbaycan
və Rusiya prezidentləri belə forumlara, əlaqələrə
böyük önəm verirlər.
AzərTAc
xəbər verir ki, bu sözləri iyunun 24-də jurnalistlərə
müsahibəsində Qəbələdə keçirilən
V Azərbaycan-Rusiya Regionlararası Forumda iştirak etmiş səfir
Polad Bülbüloğlu demişdir.
Forumda
dövlət və hökumət nümayəndələri
arasında səmərəli danışıqların olduğunu
vurğulayan səfir bildirmişdir: “Ən əsas odur ki, iki
ölkənin biznes nümayəndələri təmas
yaratsınlar, gələcəkdə birgə layihələr
həyata keçirsinlər. Bu, iki ölkə arasında
iqtisadi əlaqələrin daha da möhkəmlənməsi
deməkdir”.
Rusiyanın
Azərbaycanın böyük qonşusu olduğunu bildirən
P.Bülbüloğlu demişdir: “Rusiyanın əsas
gücü regionlardadır. Rusiyanın elə böyük
regionları vardır ki, hətta Avropanın bəzi ölkələrindən
də geniş imkanlara malikdir. Bundan istifadə etmək
lazımdır. Artıq biznes genişlənir”.
P.Bülbüloğlu
qeyd etmişdir ki, Rusiya ilə Azərbaycan sərhədində
- Samuxda yeni körpü tikiləcək, köhnə
körpü isə bərpa olunacaqdır. Artıq bu layihə üzrə işlər
yekunlaşmaqdadır.
Azərbaycan.-2014.- 24 iyun.- S.8.