V Azərbaycan-Rusiya Regionlararası Forumunun iştirakçıları
Azərbaycan və Rusiya prezidentlərinə
müraciət qəbul etmişlər
Qəbələdə
keçirilən “Regionlararası əməkdaşlıq: yeni
inkişaf imkanları” mövzusunda V Azərbaycan-Rusiya
Regionlararası Forumunun iştirakçıları Azərbaycan
Prezidenti İlham Əliyevə və Rusiya Prezidenti Vladimir
Putinə müraciət qəbul etmişlər.
Müraciətdə
deyilir ki, prezidentlərin birgə təşəbbüsü
ilə 2010-cu ildən keçirilən regionlararası forumlar
artıq xoş ənənəyə çevrilmişdir və
ölkələrimiz arasında əməkdaşlığın
inkişafına əhəmiyyətli töhfə verir.
Müraciətdə
daha sonra deyilir: “Hər iki ölkədən parlament üzvlərinin,
regionların, dövlət orqanlarının, özəl
şirkətlərin, habelə kütləvi informasiya vasitələri
nümayəndələrinin iştirakı ilə keçirilən
beşinci forumda ictimai, sosial-iqtisadi və humanitar əlaqələrin
inkişafının əsas istiqamətləri üzrə
geniş fikir mübadiləsi aparılmışdır. “Dəyirmi
masa”lar çərçivəsində müxtəlif sahələrdə
Azərbaycan-Rusiya regionlararası əməkdaşlığının
perspektivləri ətraflı müzakirə olunmuşdur”.
Forum
iştirakçıları bildirmişlər ki, iş
adamları hər iki ölkənin regionlarının potensial
investisiya layihələri ilə tanış olmuş,
qarşılıqlı faydalı və uzunmüddətli
kooperasiya əlaqələrinin qurulması üçün
birbaşa əlaqə yaratmaq imkanı əldə etmişlər.
Sənəddə deyilir: “Forum çərçivəsində
6 idarələrarası saziş və 5 biznes-kontrakt
imzalanmışdır. Forumun tədbirləri mehriban və səmimi
şəraitdə keçmişdir ki, bu da xalqlarımız
arasında ənənəvi dostluq əlaqələrinə
tam uyğundur”.
Forum
iştirakçıları əmin olduqlarını
bildirmişlər ki, bu cür tədbirlərin keçirilməsi
liderlərimizin siyasi iradəsi və səyləri nəticəsində
ölkələrimiz arasında təşəkkül
tapmış strateji tərəfdaşlığın möhkəmlənməsinə
sanballı töhfə verir.
Azərbaycan.-2014.- 25 iyun.- S.8.