V Azərbaycan-Rusiya Regionlararası Forumu
çərçivəsində bir
sıra sənədlər imzalanmışdır
İyunun
24-də Qəbələdə V Azərbaycan-Rusiya
Regionlararası Forumunun yekun plenar iclası başa
çatdıqdan sonra Azərbaycan ilə Rusiya arasında əməkdaşlığa
dair bir sıra sənədlər imzalanmışdır.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Rusiya Federasiyasının Regional İnkişaf Nazirliyi arasında və Rusiyanın İnvestisiya Agentliyi ilə AZPROMO arasında qarşılıqlı anlaşma haqqında memorandumlar imzalanmışdır. Həmçinin Həştərxan Turizm Birliyi ilə Azərbaycan Turizm Assosiasiyası arasında və Ural Turizm Assosiasiyası və Azərbaycan Turizm Assosiasiyası arasında turizm sahəsində əməkdaşlıq barədə, “Həştərxan regional kanal”ı MMC ilə Azərbaycanın regional televiziyası arasında sazişlər imzalanmışdır.
Forum çərçivəsində
Azərbaycanın və Rusiyanın bir
sıra şirkətləri arasında da əməkdaşlığa
dair sənədlər
imzalanmışdır. Belə ki,
Rusiya Federasiyasının Rostov
vilayətinin İqtisadi İnkişaf
Nazirliyi ilə Azərbaycanın “Mətanət
A” şirkəti arasında, Rusiyanın “Aqroholdinq
starıysad” ASC ilə Azərbaycanın “CTC Holdinq”
şirkəti arasında, «Dağıstan Ticarət Evi» ASC ilə Azərbaycanın “Azeksfrukt” şirkəti arasında,
“Dağıstan Steklotara” MMC ilə
Azərbaycanın “Azərsun Holdinq”
arasında əməkdaşlıq haqqında sazişlər,
Dağıstanın “Yuqaqroholdinq” şirkəti
ilə Azərbaycanın “İnvestment Group” MMC arasında Müqavilə
imzalanmışdır.
Azərbaycan.-2014.- 25 iyun.- S.8.