Rusiya naziri: Azərbaycan-Rusiya
Regionlararası Forumu həm Azərbaycan,
həm də Rusiya sahibkarlarına sərfəlidir
V Azərbaycan-Rusiya Regionlararası Forumu həm Azərbaycan, həm də Rusiya sahibkarlarına sərfəlidir. AzərTAc xəbər verir ki, bu fikri jurnalistlərə müsahibəsində Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev səsləndirmişdir.
Rusiya naziri demişdir: "Ünsiyyət sayəsində yeni layihələr yaranır. Azərbaycan və Rusiya bir yerdə çox rahat işləyirlər, çünki biz qardaş xalqlarıq. Bu gün Rusiyada çoxlu azərbaycanlı sahibkar işləyir, Rusiya iqtisadiyyatına sərmayə yatırır".
Forumun Azərbaycan Prezidenti
İlham Əliyevin və Rusiya
Prezidenti Vladimir Putinin sayəsində
yaradıldığını bildirən İ.Slyunyayev
demişdir: "Bu forum təntənəli yubiley
tədbiridir. O, iki ölkənin əməkdaşlığına
müsbət təsir göstərir və regional inkişafı sürətləndirir.
Forum çərçivəsində 10-dək sənəd
imzalanacaqdır. Bu isə kiçik
rəqəm deyildir".
Azərbaycan.-2014.- 25 iyun.- S.8.