Elçin haqqında düşüncələrim” monoqrafiyası İranda nəşr olunmuşdur

 

Görkəmli ədəbiyyatşünas alim, professor Qəzənfər Paşayev Xalq Yazıçısı Elçinin çoxcəhətli yaradıcılığı barədə yazdığı məqalələri keçən il “Elçin haqqında düşüncələrim” adlı ayrıca kitab kimi nəşr etdirmişdi.

Həmin kitab bu günlərdə Tehranda da çapdan buraxılmışdır.

AzərTAc xəbər verir ki, kitabı “Xudafərin” jurnalının baş redaktoru, doktor Hüseyn Şərqidərəcək–Soytürk tərcümə etmiş və nəşrə “Ön söz” yazmışdır.

“Ön söz”də Elçinin yaradıcılığı və professor Qəzənfər Paşayevin Xalq Yazıçısı haqqında yazdığı silsilə məqalələr yüksək qiymətləndirilmişdir.

Xalq Yazıçısı Elçinin indiyədək İranda Azərbaycan və fars dillərində üç kitabı çapdan çıxmışdır.

 

Azərbaycan.-2014.- 25 iyun.- S.12.