Gəncədə möhtəşəm bir bina var

 

Genişmiqyaslı tikinti-quruculuq, abadlıq işlərinin nəticəsi olaraq qədim Gəncə bu gün inkişafın yeni mərhələsini yaşayır. Həyata keçirilən bütün tədbirlər, yolların genişləndirilməsindən, səkilərin abadlaşdırılmasından, binaların fasadlarının yenilənməsindən tutmuş təzə tikintilərə, bərpa və təmir işlərinə qədər hər yerdə Gəncənin qədim siması və gözəlliyi, milli memarlıq xüsusiyyətləri qorunub saxlanılır və müasir tələblərə uyğun daha da inkişaf etdirilir. İstər yerli sakinlər, istərsə də gələn qonaqlar bu qədim şəhərin sürətli inkişafından məmnunluqlarını səmimiyyətlə bildirirlər.

Ölkə Prezidenti İlham Əliyevin bu il yanvarın 21-də Gəncəyə səfəri zamanı  burada aparılan geniş abadlıq-quruculuq, tikinti işləri ilə tanış olması, bir sıra obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakı, görülmüş işləri, həyata keçirilən tədbirləri müsbət qiymətləndirməsi gəncəliləri daha da ruhlandırmış, onların qurub-yaratmaq əzmini artırmışdır.

Qeyd etmək lazımdır ki, uğurlu inkişaf tempini şərtləndirən amillərdən biri də şəhərdəki iqtisadi sabitlik və əlverişli investisiya mühitinin formalaşmasıdır. Bunun nəticəsində istər sosial inkişaf, istərsə də tikinti-quruculuq layihələri uğurla gerçəkləşdirilir. Son dövrlər Gəncənin simasını daha da gözəlləşdirən xeyli sayda yaraşıqlı bina tikilib istifadəyə verilib. Yeni tikililər arasında Heydər Əliyev Mərkəzi öz möhtəşəm memarlıq görünüşü ilə diqqəti daha çox çəkir. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev demişdir ki, bu bina gəncəlilərin ulu öndər Heydər Əliyevin xatirəsinə olan böyük ehtiramının daha bir parlaq təzahürüdür.

Heydər Əliyev Mərkəzinin tikintisində şəhərsalma memarlığının son nailiyyətlərindən, həmçinin keyfiyyətli və müasir materiallardan istifadə olunub. Mərkəzin binası perimetr boyunca səkkizbucaqlı sütunlarla əhatə olunub. Üçmərtəbəli binada şüşədən müasir günbəz quraşdırılıb, Azərbaycanın xəritəsinin əks olunması da diqqəti çəkir.

Burada Heydər Əliyev Muzeyi də fəaliyyət göstərir. Muzeydə ümummilli liderin həyatının bütün dövrləri ilə bağlı məlumat almaq mümkündür. Heydər Əliyevin 1993-2003-cü illərdəki fəaliyyəti, Azərbaycanın gözəl gələcəyi naminə yürütdüyü müdrik siyasət, respublikamızın hərtərəfli sosial-iqtisadi inkişafına yol açan fundamental layihələr, xarici siyasət, ordu quruculuğu, mədəniyyət və digər sahələrlə bağlı fotolar, müxtəlif sənədlər, o dövrlərə aid kitablar və qəzetlər nümayiş olunur.

Muzeydə Gəncənin son illərdə keçdiyi əsaslı sosial-iqtisadi inkişaf yoluna, Prezident İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı sayəsində görülən işlərə aid materiallar da geniş yer alıb. Ekspozisiyada informasiya-kommunikasiya texnologiyalarının imkanlarından da istifadə olunub. Mərkəzdə həmçinin oxu zalı, elektron kitabxana, xarici dilləri öyrədən kabinetlər, "IDEA" İctimai Birliyi Resurs Mərkəzi, videokonfrans salonu, iclaskonfrans zalları da fəaliyyət göstərir. Akt zalında toplantı və tədbirləri yüksək səviyyədə keçirmək mümkündür.

Gəncəlilər Prezident İlham Əliyevin Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündəki çıxışını indi də yaxşı xatırlayırlar: "Biz bu möhtəşəm Heydər Əliyev Mərkəzinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizibütün gəncəliləri ürəkdən təbrik edirəm.

Düz iki il bundan əvvəl, 2012-ci il yanvarın 21-də bu parkın təməl daşı qoyulmuşdur. Gözəl təsadüfdür ki, düz iki ildən sonra biz parkın və möhtəşəm mərkəzin açılışını qeyd edirik. Bu parkın və mərkəzin yaradılması çox böyük hadisədir. Möhtəşəm mərkəz ulu öndərin xatirəsinə gözəl abidədir, burada ulu öndərin həyat və fəaliyyətinin bütün anları, bütün mərhələləri əks olunub. Eyni zamanda, istənilən beynəlxalq tədbirin keçirilməsi üçün də gözəl imkanlar vardır.

Dünyanın 5 ən böyük parkı arasında artıq Gəncə parkı da vardır. Bu, əlbəttə ki, bizim hamımızı - nəinki gəncəliləri, bütün Azərbaycan xalqını sevindirir. Çünki boş ərazidə iki il ərzində belə möhtəşəm parkın, mərkəzin yaradılması gəncəlilərin öz diyarına olan məhəbbətinin əlamətidir.

Burada bundan sonra da abadlıq işləri aparılacaqdır. Minlərlə, bəlkə on minlərlə ağac əkilmişdir bu ağaclar getdikcə böyüyəcək, yeni ağaclar əkiləcək, yeni yaşayış binaları tikiləcəkdir. Gözəl bir göl, amfiteatr yaradılıbdır. Yəni bu, doğrudan da bir möcüzədir. Əminəm ki, gəncəlilər şəhərin qonaqları buraya gələrkən buradan ən xoş təəssüratla ayrılacaqlar. Belə möhtəşəm layihənin icra edilməsi üçün gəncəlilər çox böyük səylər göstərmişlər. Xüsusilə yerli icra hakimiyyəti fəallar, Gəncə sakinləri. Bu, doğrudan da, gözəl hadisədir. Bir daha sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm".

Onu da qeyd edək ki, Heydər Əliyev parkının sahəsi 420  hektar, uzunluğu 2 kilometrdir. Fəaliyyətə başlayandan bəri Heydər Əliyev Mərkəzinə 10 minə yaxın ziyarətçi gəlib. Burada həmçinin çox mühüm tədbirlər keçirilir. Bu tədbirlər sırasında AMEA-nın səyyar iclasını, Türkiyə, Latviya, Şimali Kipr, Gürcüstan Rusiyadan gəlmiş elm adamlarının iştirakı ilə "Davamlı inkişaf texnoloji innovasiyalar" mövzusunda beynəlxalq elmi-praktik konfransı, respublikanın tanınmış alimlərinin qatıldığı müasir biologiya kimyanın aktual problemlərinə dair elmi-praktik konfransı digərlərini qeyd etmək olar.

Milli qurtuluş gününə həsr olunmuş "Riyaziyyat İKT-nin tətbiq sahələri. Yeni tədris texnologiyaları" mövzusunda beynəlxalq konfrans da Heydər Əliyev Mərkəzində keçirilib.

Şəhər icra hakimiyyəti Gəncə Dövlət Universitetinin birgə təşkil etdikləri həmin konfransda İranın, Türkiyənin, Gürcüstanın, Şimali Kipr Türk Cümhuriyyətinin Rusiya Federasiyasının tanınmış alimləri iştirak edib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin giriş sözündən sonra Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, AMEA-nın Gəncə bölməsinin elmi katibi akademik Fuad Əliyev, AMEA-nın Riyaziyyat Mexanika İnstitutunun elmi işlər üzrə direktor müavini Soltan Əliyev, Gürcüstanın Telavi Dövlət Universitetinin professoru Mariam Zakariaşvili, Bakı Dövlət Universitetinin dosenti Vaqif Qasımov digərləri çıxış ediblər.

Heydər Əliyev Mərkəzində gənclərin hərtərəfli inkişafı üçün lazımi şərait yaradılıb. Burada elektron kitabxana, müxtəlif dil kursları, milli rəqs kursu, xalçaçılıq kursları gənclərin potensial inkişafına stimul verir.

Əminliklə demək olar ki, Gəncədəki Heydər Əliyev Mərkəzi mühüm beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməklə yanaşı, gənclər üçün həm vətənpərvərlik ocağıdır.

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 25 iyun.- S.9.