Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin hərbi qulluqçularına
və mülki işçilərinə
fəxri adların verilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Silahlı Qüvvələrində tibb xidmətinin yaranmasında, şəxsi heyətin sağlamlığının qorunub saxlanılmasında fədakar əməyinə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Silahlı Qüvvələrində uzunmüddətli səmərəli fəaliyyətinə, Azərbaycan mədəniyyətinin, o cümlədən incəsənətinin inkişafında və təbliğində, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:
"Xalq artisti"
Qəniyev Heydər Anatollu oğlu - gizir
"Əməkdar incəsənət xadimi"
Kərimov Anar Elman oğlu - polkovnik-leytenant
Axundzadə Rüfət Yusif
oğlu - mayor
"Əməkdar artist"
Hacıyev Rafiq Cəlil oğlu - mayor
"Əməkdar həkim"
Həsənov Qurban Qeybqulu oğlu - tibb xidməti polkovniki
"Əməkdar müəllim"
Abbasov Abbas Fətulla oğlu
Bağırova Təyibə İbrahim
qızı
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
24 iyun 2014-cü il
Azərbaycan.-2014.-
26 iyun.- S.4.