İspaniyanın Kralı Əlahəzrət
VI Felipeyə
Əlahəzrət,
İspaniyanın Kralı kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Bu gün Azərbaycan ilə İspaniya arasındakı münasibətlərin xoş ənənələri mövcuddur. Ümidvaram ki, ölkələrimizi birləşdirən dostluq əlaqələri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İspaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 25 iyun 2014-cü il.
Azərbaycan.-2014.- 26 iyun.- S.4.