Azərbaycan Prezidenti İlham Əliyev Norveçin
ölkəmizdəki səfirini qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də
Norveç Krallığının ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Erlinq
Şönsberqi diplomatik fəaliyyətinin başa
çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə
Azərbaycan Respublikası ilə Norveç Krallığı
arasında ikitərəfli münasibətlərin ötən
dövr ərzində siyasi, iqtisadi və digər sahələrdə
uğurlu inkişafından məmnunluq ifadə edildi, əməkdaşlığımızın
bundan sonra daha da genişləndirilməsi üçün
yaxşı imkanların olduğu vurğulandı.
Azərbaycan.-2014.- 28 iyun.- S.3.