Bir sıra hakimlərin vəzifələrinin
dəyişdirilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və
32-ci bəndlərini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası
Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci
hissəsinə uyğun olaraq aşağıdakı hakimlər
vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar
birinci instansiya məhkəmələrinin hakim və sədrləri
təyin edilsinlər:
Abbasov
Natiq Mehdi oğlu - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin
hakimi və sədri;
İbrahimov
Zamin Vəliyəddin oğlu- Astara Rayon Məhkəməsinin
hakimi və sədri;
Quliyev
İnşallah Fərrux oğlu - Şəki Rayon Məhkəməsinin
hakimi və sədri.
2. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası
Qanununun 94-cü maddəsinə və 97-ci maddəsinin ikinci
hissəsinə uyğun olaraq aşağıdakı hakimlərin
vəzifələri dəyişdirilsin:
Nuriyev
Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin
hakimi və sədri vəzifəsindən azad edilərək
Şirvan İnzibati-iqtisadi Məhkəməsinin hakimi və sədri
təyin edilsin;
Abdurəhmanlı
İsmayıl Xudaverdi oğlu Astara Rayon Məhkəməsinin
hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin
hakimi və sədri təyin edilsin;
Hüseynov
Fikrət Cilingir oğlu Göygöl Rayon Məhkəməsinin
hakimi vəzifəsindən azad edilərək Gəncə
İnzibati-iqtisadi məhkəməsinin hakimi təyin edilsin;
Rzayev
Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi
vəzifəsindən azad edilərək Gəncə
İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin
edilsin.
3. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikası
Qanununun 94-cü və 112-ci maddələrinə uyğun
olaraq aşağıdakı hakimlərin vəzifələri
dəyişdirilsin:
Nəsirov Vidadi Zahid oğlu Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilsin;
İbrahimov Cavad Cavanşir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilsin;
Məmmədov Rafiq Rəşid oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilsin.
İlham Əliyev
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
27 iyun 2014-cü il.
Azərbaycan $g 2014.- 28 iyun.- S.3.