“Azərbaycan Respublikasının Ailə,
Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi ilə Fransa
Respublikasının Qadın Hüquqları, Şəhər,
Gənclər və İdman Nazirliyi arasında ikitərəfli əməkdaşlıq
haqqında” Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1.
“Azərbaycan Respublikasının Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə
Fransa Respublikasının Qadın Hüquqları, Şəhər,
Gənclər və İdman Nazirliyi arasında ikitərəfli
əməkdaşlıq haqqında” 2014-cü il mayın 12-də
Bakı şəhərində imzalanmış anlaşma
memorandumu təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Ailə, Qadın və Uşaq Problemləri
üzrə Dövlət Komitəsi bu sərəncamın 1-ci
hissəsində göstərilən anlaşma memorandumunun
müddəalarının həyata keçirilməsini təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 29 iyun.- S.4.