“Azərbaycan Respublikasının Təhsil
Nazirliyi ilə Fransa
Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat Nazirliyi
arasında universitetlərarası əməkdaşlıq sahəsində”
Niyyət Məktubunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
“Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə
Fransa Respublikasının Milli Təhsil, Ali Təhsil və Tədqiqat
Nazirliyi arasında universitetlərarası əməkdaşlıq
sahəsində” 2014-cü il mayın 12-də Bakı şəhərində
imzalanmış Niyyət Məktubu təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi bu sərəncamın
1-ci hissəsində göstərilən Niyyət Məktubunun
müddəalarının həyata keçirilməsini təmin
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 29 iyun.- S.4.