“Azərbaycan Respublikasının Nəqliyyat
Nazirliyi ilə Avstriya
Respublikasının Nəqliyyat, İnnovasiya
və Texnologiya üzrə Federal Nazirliyi arasında nəqliyyat
sahəsində əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə Avstriya Respublikasının Nəqliyyat, İnnovasiya və Texnologiya üzrə Federal Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında” 2014-cü il aprelin 25-də Vyana şəhərində imzalanmış anlaşma memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Avstriya Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 29 iyun.- S.4.