“Azərbaycan Respublikasının Gənclər
və İdman Nazirliyi
ilə Yunanıstan Respublikasının Təhsil və Dini İşlər Nazirliyi
arasında gənclər sahəsində əməkdaşlıq
haqqında” Anlaşma Memorandumunun
təsdiq edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında” 2014-cü il iyunun 16-da Afina şəhərində imzalanmış anlaşma memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən anlaşma memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin anlaşma memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Yunanıstan Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 29 iyun.- S.4.