Azərbaycan Respublikası Prezidentinin
2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Sənaye parkları haqqında
Nümunəvi Əsasnamə”də dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2013, ¹ 4, maddə 379, ¹ 10, maddə 1156; Azərbaycan
Respublikası Prezidentinin 2014-cü il 14 may tarixli 164 nömrəli
Fərmanı) ilə təsdiq edilmiş “Sənaye parkları
haqqında Nümunəvi Əsasnamə”nin 5.0.1-ci yarımbəndində
“vahid dövlət siyasətinin
formalaşdırılmasında iştirak edir” sözləri
“dövlət siyasətini hazırlayır” sözləri ilə
əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 29 iyun.- S.4.