“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
ilə Yunanıstan Respublikasının Xarici
İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri
üzrə əməkdaşlıq haqqında” Memorandumun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yunanıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında” 2014-cü il iyunun 16-da Afina şəhərində imzalanmış memorandum təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən memorandumun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Yunanıstan Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 29 iyun.- S.4.