Azərbaycan Respublikasının
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin təkmilləşdirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 7 oktyabr tarixli 162 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq qərara alıram:
“Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondunun
fəaliyyətinin təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 oktyabr tarixli
162 nömrəli Fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 10, maddə 775;
2011, ¹10, maddə 886; 2013, ¹ 8, maddə 904)
aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin
fərmanla təsdiq edilmiş “Azərbaycan
Respublikasının Sahibkarlığa Kömək Milli Fondu
haqqında Əsasnamə” üzrə:
1.1.
1.1-ci bənddə “İqtisadi İnkişaf” sözləri
“İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz
edilsin;
1.2.
1.2-ci bənddə “İqtisadi İnkişaf Nazirliyinin
Əsasnaməsini” sözləri “İqtisadiyyat və Sənaye
Nazirliyi haqqında Əsasnaməni” sözləri ilə əvəz
edilsin;
1.3.
2.1-ci bənddən “(informasiya-kommunikasiya texnologiyaları sahəsində
sahibkarlıq istisna olmaqla)” sözləri
çıxarılsın;
1.4.
4.2 və 5.3-cü bəndlərdə “Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi” sözləri
“Nazirlik” sözü ilə əvəz edilsin;
1.5.
5.4 və 6.1-ci bəndlərdə “iqtisadi inkişaf” sözləri
“iqtisadiyyat və sənaye” sözləri ilə əvəz
edilsin;
1.6.
5.5.9, 5.5.10 və 5.5.11-ci yarımbəndlərdə “Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyinə”
sözləri “Nazirliyə” sözü ilə əvəz
edilsin.
2. Həmin
fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası
Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin
istifadəsi Qaydaları”nın 2.1-ci bəndindən
“(informasiya kommunikasiya texnologiyaları sahəsi istisna olmaqla)”
sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 27 iyun 2014-cü il
Azərbaycan.-2014.- 29 iyun.- S.4.