“ADA” Universiteti və
AzərTAc-ın birgə layihəsi: “Tələbə uğuru” “ADA” Universitetinin
MADİA magistr proqramının 2014-cü
il məzunlarından bəhs edir
“ADA”
Universiteti və AzərTAc-ın birgə layihəsi olan “Tələbə
uğuru”nda bu dəfə universitetin MADİA magistr
proqramının 2014-cü il məzunlarından bəhs olunur.
İctimai
Televiziyanın “Yeni gün” verilişində yayımlanacaq
növbəti reportajda “ADA” Universitetinin rektoru, xarici işlər
nazirinin müavini Hafiz Paşayev məzunlara arzularını
bildirir və universitetin uğurlarından danışır. Həmçinin
reportajda “ADA”nın MADİA magistr proqramının 2014-cü
il məzunları da arzularını bölüşür.
Qeyd
edək ki, 700-dən çox tələbənin, o cümlədən
28 ölkədən 48 əcnəbi vətəndaşın təhsil
aldığı “ADA” Universiteti özünün əsas məqsədini
qlobal baxışlı liderlər və məsuliyyətli vətəndaşlar
yetişdirməsində görür. Universitetin təhsil
proqramları, tədris metodikası dünyanın ən
qabaqcıl təcrübəsinə əsaslanır. Məzunlar
dünyanın bir çox ölkələrində karyera
uğurları əldə etmişlər.
Azərbaycan.-2014.- 28 iyun.- S.7.