Antiazərbaycançı qüvvələr növbəti dəfə iflasa uğradı

 

Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 24-də Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı və deputatların suallarına verdiyi cavablar ölkə ictimaiyyətində böyük razılıqla qarşılanıb. Sessiyada Prezidentin antiazərbaycançı qüvvələrin məkrli planlarını yenə də puç etməsini ölkəmizin gənclər hərəkatının fəalları da yüksək qiymətləndirirlər.

 

Prezident nümayiş etdirdi ki, heç bir hücum

onun dəmir iradəsini sarsıda

xalqın maraqlarına xidmət yolundan döndərə bilməz

 

Amil CAVADOV,

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin əməkdaşı:

 

- Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışında müstəqilliyin bərpasından sonrakı illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, həyata keçirilən siyasi iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, respublikamızın  təşəbbüsü liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi digər məsələlər barədə danışmış, deputatların suallarını cavablandırmışdır.

Dövlət başçısının çıxışından sonra antiazərbaycançı qüvvələr tədbirdə təxribat xarakterli suallar sifarişli iddialar səsləndirmişlər. Avropada yaşayan, vətən, dövlət sevgisinin olduğunu anlamayan bir neçə gənc erməni xislətinə, bir növ, dəstək olmuşlar. Ancaq Azərbaycan Prezidenti öz tutarlı cavabları ilə bir daha nümayiş etdirmişdir ki, sifarişli iddialarla ölkəmizi gözdən salmaq, ona ləkə yaxmaq cəhdləri baş tutmayacaq. Subyektiv mülahizələrin müəllifləri məntiq, obyektiv reallıq qarşısında acizdirlər. Cənab İlham Əliyev açıq şəkildə bəyan etmişdir ki, bu hücumların səbəbləri heç insan hüquqları, demokratiya, xüsusən geopolitik məsələlərlə bağlı deyil. Bu iddialar Azərbaycanı sevməyən, onu gözdən salmağa çalışan qüvvələr tərəfindən təşkil olunur.

Biz əvvəllər AŞ PA-da antiazərbaycançı şəbəkənin, erməni lobbisinin dəstəyi ilə ölkəmizə qarşı çirkin kampaniya aparan üzdəniraq qüvvələrin belə fəaliyyətinin şahidi olmuşuq onların məqsədləri hər kəsə bəllidir. Ancaq özümüzünkülərin düşmənə xidmət edən hərəkətinə necə qiymət verəsən? Üzərində NİDA-çıların şəkli olan köynəklər geyib AŞ PA-nın iclasında özünü gözə soxmağa cəhd edən 3-5 nəfər nankora görə guya dünyanın bizə fikri dəyişəcək? Yoxsa göz qabağında olan inkişaf şübhə altına düşəcək?

Maraqlıdır ki, bu şəxslərin əyinlərinə geyindikləri köynəklərdə şəkilləri əks olunmuş NİDA Vətəndaş Hərəkatının üzvləri törətdikləri cinayət əməlinə görə Prezident İlham Əliyevə məktubla müraciət edərək əfv olunmalarını istəyirlər. Adıçəkilən hərəkatın üzvləri, hazırda həbsdə olan Bəxtiyar Quliyev Elsevər Mürsəliyevin məktubları ilə çoxları tanışdır. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan NİDA Vətəndaş Hərəkatının keçmiş üzvü, məhkum Elsevər Mürsəliyev iyun ayının 23-də Prezidentə məktubla müraciət etmişdir. Məktubda deyilir: “Törətdiyim əmələ görə peşmançılıq çəkirəm. Əvvəllər NİDA AXCP-nin üzvü olduğum üçün müxalif partiyalar məni siyasi məhbus kimi qələmə verməkləAzadlıqqəzetindəvicdan məhbususıralarına daxil ediblər. Mən AXCP NİDA üzvlüyündən imtina etməklə bağlı həmin təşkilatlara müraciət ünvanlamaqla şəkliminAzadlıqqəzetindən çıxarılmasını tələb etmişəm.

Cənab Prezident! Sizin apardığınız uğurlu daxili xarici siyasəti dəstəkləyirəm söz verirəm ki, bundan sonra da Sizin rəhbərlik etdiyiniz qüdrətli Azərbaycan Respublikasına layiqli vətəndaş olacağam. Lazım gələrsə, Ali Baş Komandan kimi Sizin əmrinizlə Azərbaycanın suverenliyi bütövlüyü uğrunda düşmənə qarşı cəbhədə döyüşə hazıram. Ailəm öz adımdan Sizə öz təşəkkürümü bildirirəm”.

AŞ PA-nın sessiyasında düşmən dəyirmanına su tökməyə cəhd göstərən gənclər bundan xəbərdardırlar. Sadəcə olaraq, əvvəlcədən aldıqları tapşırıqları yerinə yetirməyə  canfəşanlıq göstərirdilər. Prezident İlham Əliyevin mövqeyi isə Azərbaycanı sevməyən müəyyən xarici dairələrə, onların sifarişlərini yerinə yetirən bəzi beynəlxalq hüquq müdafiə təşkilatlarına tutarlı cavab aydın mesaj oldu. Azərbaycan Prezidenti dəmir iradə nümayiş etdirərək antiazərbaycançı qüvvələrə bir daha göstərdi ki, heç kim dövlətimizin müstəqil siyasətinə təsir edə bilməz. Belə qüvvələr qarşılarında Azərbaycan dövlətinin qətiyyətli iradəsini görəcəklər bütün cəhdlər iflasa uğrayacaq. 

 

Prezident Azərbaycanla heç kəsin diktə

dilində danışa bilməyəcəyini bir daha bəyan etdi

 

Fərid ŞAHBAZLI,

İslahatçı Gənclərİctimai Birliyinin sədri:

 

- Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının sessiyasındakı çıxışı olduqca tarixi əhəmiyyət daşıyır. Çünki cənab Prezident qətiyyətlə bildirdi ki, Azərbaycan tamamilə müstəqil siyasət həyata keçirir bu siyasət yalnız dövlətimizin xalqımızın milli maraqlarına söykənir.

Prezident Azərbaycanın hər il artan siyasi iqtisadi qüdrətindən, regionda reallaşdırdığı böyük layihələrdən, ölkəmizdə demokratik cəmiyyət quruculuğu istiqamətində görülən mühüm işlərdən söz açdı. Azərbaycanın daxili xarici siyasətinin prioritetləri gələcək hədəfləri ilə bağlı vacib məqamlara toxundu. Dağlıq Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı olduqca önəmli mesajlar verdi. Dövlət başçısı qeyd etdi ki, münaqişə bütün regionu təhdid altında saxlayır, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı 4 qətnaməsinin olmasına baxmayaraq, onlar  hələ icra olunmur. Halbuki istədikləri halda belə qətnamələr bir neçə saat ərzində həyata keçirilir. Bu, cənab Prezidentin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünya birliyinə verdiyi olduqca aydın mesaj idi.

Prezident İlham Əliyev onu da vurğuladı ki, Azərbaycana insan hüquqları, demokratiya adı altında olunan hücumlar heç bu məsələlərlə bağlı deyil bu, sadəcə, ölkəmizin artan nüfuzunun dövlətimizi sevməyən dairələrdə doğurduğu qısqanclığın nəticəsidir. Azərbaycanla heç kim diktə dilində danışa, ölkəmizin siyasətinə təsir göstərə bilməz. Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır Azərbaycan hakimiyyətinin siyasəti yalnız xalqımızın maraqlarına xidmət edir. Yəqin ki, Prezidentin bu çıxışından hər kəs özü üçün nəticə çıxaracaq.

 

R.BAXŞƏLİYEV,

Azərbaycan.-2014.- 28 iyun.- S.8.