Ekologiya və təbii sərvətlər
naziri Şəki
şəhərində vətəndaşları
qəbul etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırıq və tövsiyələrinə uyğun
olaraq iyunun 27-də ekologiya və təbii sərvətlər
naziri Hüseynqulu Bağırov Şəki şəhərindəki
Olimpiya Mərkəzində vətəndaşları qəbul
etmişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qəbulda Şəki, Zaqatala, Balakən, Qax, Qəbələ və Oğuz rayonlarından olan 60-a yaxın vətəndaşın şikayət və təklifləri dinlənilmiş, müraciətlərinə baxılmışdır.
Müraciətlər əsasən meşələrin qorunması, ətraf mühitin və ekoloji tarazlığın mühafizəsi, biomüxtəliflik, geologiya, hidrometeorologiya, ətraf mühitin monitorinqi kimi məsələlərlə bağlı olmuşdur.
Nazir qəbula yazılmış hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun surətdə qısa müddətdə həlli üçün dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar vermişdir.
Nazirliyin fəaliyyət
dairəsinə aid olmayan
məsələlərlə əlaqədar müraciətlər
isə aidiyyəti qurumlara
çatdırılmaq üçün qeydiyyata alınmışdır.
Azərbaycan.-2014.- 28 iyun.- S.9.