“Qəbələ” İdman
Klubunun boksçularının
iştirakı ilə Londonda xeyriyyə
matçı keçirilmişdir Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva tədbirdə iştirak etmişdir
Avropa
Azərbaycan Cəmiyyəti (AAC) və Böyük Britaniyada fəaliyyət
göstərən “Mo Farah” xeyriyyə fondunun birgə təşkilatçılığı
ilə Beynəlxalq Qaçqınlar Günü münasibətilə
Londonun “York Hall Leisure Centre” arenasında boks üzrə xeyriyyə
matçı və qala-gecə keçirilmişdir.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə
iştirak etmişdir.
Tədbir dünyada və Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərini beynəlxalq ictimaiyyətin diqqət mərkəzində saxlamaq məqsədi ilə təşkil edilmişdir.
“Qəbələ” İdman Klubu prezidentinin müşaviri Toni Adams və məşhur boksçu Darren Barkerin birgə əməkdaşlığı ilə baş tutmuş yarışda Azərbaycanın “Qəbələ” İdman Klubunun boksçuları ilə İngiltərənin “Repton” Həvəskar Boks Klubunun idmançıları qarşılaşmışlar.
Xeyriyyə matçından toplanacaq vəsait qaçqın və məcburi köçkünlərin ehtiyaclarına sərf ediləcəkdir.
Tədbir çərçivəsində qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, ölkəmizin bir milyondan artıq qaçqın və məcburi köçkününün problemlərindən bəhs edən broşürlər paylanmışdır. Qeyd olunmuşdur ki, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 4 qətnamə qəbul etmişdir, lakin onlar hələ də icra olunmur.
Tədbirin təşkilatçıları qonaqları AAC-ın təşəbbüsü ilə Azərbaycanın qaçqın və məcburi köçkünlərinə dəstək vermək üçün təşkil olunmuş “Many Happy Returns” adlı kampaniyaya qoşulmağa çağırmışlar.
Xeyriyyə matçı iştirakçılarda böyük maraq doğurmuşdur.
Orxan İsmayılov
AzərTAc-ın xüsusi müxbiri
London
Azərbaycan.-2014.- 29 iyun.- S.7.