Dördüncü
çağırış Naxçıvan Muxtar
Respublikası
Ali Məclisinin doqquzuncu sessiyası
keçirilmişdir
İyunun
28-də dördüncü çağırış
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu
sessiyası keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, sessiyanın gündəliyinə aşağıdakı məsələlər daxil edilmişdir:
1. 2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları.
2. Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrasının təsdiq edilməsi.
3. “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi.
2014-cü ilin birinci yarısında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini Asəf Məmmədov demişdir ki, cari ilin yanvar-may ayları ərzində muxtar respublikada tikinti-quruculuq işləri uğurla davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasına, ümumilikdə, 18 milyon manat vəsaitin ayrılması burada gedən quruculuq işinə böyük töhfə olmuşdur. Hesabat dövrü ərzində təhsil, mədəniyyət, səhiyyə, rabitə, energetika və digər sahələr də daxil olmaqla müasir tələblərə cavab verən yeni obyektlər istifadəyə verilmiş, yollar salınmış, körpülər tikilmiş, istehsal, xidmət sahələrinin yaradılması istiqamətində işlər davam etdirilmişdir. Həyata keçirilən tikinti-quruculuq işlərində keyfiyyət əsas götürülmüş, muxtar respublikada istehsal olunan yerli tikinti materiallarından istifadəyə üstünlük verilmişdir.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat və sənaye naziri Famil Seyidov çıxış edərək demişdir ki, muxtar respublikada mövcud iqtisadi potensialdan tam və səmərəli istifadə olunması, sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və iqtisadiyyatın tarazlı inkişafını təmin etmək məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, yeyinti, yüngül və digər sənaye sahələrinin təşəkkülü və inkişafının davamlı xarakter alması nəticəsində 2014-cü ilin yanvar-iyun aylarında 471 milyon 580 min manatlıq sənaye məhsulu istehsal edilmişdir. Əvvəlki illərdə olduğu kimi, 2014-cü ilin ötən dövründə də sahibkarlığın inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən olmuş, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizə çatmışdır. Muõtàr råspublikàdà fəàliyyəti bərpà ådilmiş və yà yåni qurulmuş iståhsàl müəssisələrində buraxılan məhsulların sayı 349-a çatdırılmışdır. Hazırda 334 növdə məhsulà îlàn tələbàt tàmàmilə yårli iståhsàl håsàbınà ödənilir.
Sessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin sədri Bəxtiyar İsmayılov demişdir ki, muxtar respublikanın iqtisadiyyatında müşahidə olunan dinamik artım cari ilin ilk 6 ayında da saxlanılmış, ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 2,4 faiz, sənaye məhsulu 1,5 faiz, əsas kapitala yönəldilən investisiyalar 1,6 faiz, kənd təsərrüfatının ümumi məhsulu 6,4 faiz, ixracın həcmi 14,5 faiz, orta aylıq əməkhaqqı isə 2,1 faiz artmışdır. Ümumi daxili məhsulun tərkibində ilk yeri 31,5 faizlik payla sənaye sahəsi, ikinci yeri isə 22,9 faizlik xüsusi çəki ilə tikinti sektoru tutmaqdadır.
Cari ilin ilk 6 ayı ərzində informasiya-kommunikasiya texnologiyalarından istifadə imkanları genişləndirilmiş, optik kabel magistrallarının inşası davam etdirilmiş, dövlət orqanlarının elektron xidmətlər sahəsində işi daha da təkmilləşdirilmiş, yeni nəsil telekommunikasiya sistemi istifadəyə verilmişdir.
2014-cü ilin məhsulu üçün muxtar respublikada 60 min 829 hektar sahədə əkin aparılmış, ötən dövrdə muxtar respublikadan kənara 25 milyon ABŞ dollarından artıq həcmdə kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Cari ilin ötən dövründə muxtar respublikada əhalinin məşğulluğunun təmin olunması da diqqət mərkəzində saxlanılmış, 1457 yeni iş yeri açılmışdır.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar layihəsi qəbul edilmişdir.
Sessiyanın gündəliyinə daxil edilmiş ikinci məsələ ilə əlaqədar çıxış edən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov muxtar respublikanın 2013-cü il dövlət büdcəsinin icrası haqqında məlumat verərək demişdir ki, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə 2013-cü ildə bütün mənbələr hesabına 55 milyon manat proqnoza qarşı 64 milyon 857 min 623 manat vəsait daxil olmuş, tapşırıq 117,9 faiz icra edilmişdir. 2013-cü ildə büdcə daxilolmalarının 84,1 faizi Vergilər Nazirliyi, 12,9 faizi Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilmiş, 3 faizi isə büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olmuşdur. 2013-cü ildə dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən 49 milyon 600 min manat proqnoza qarşı 54 milyon 560 min 817 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən 4 milyon 960 min 817 manat çoxdur. 2013-cü ildə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 4 milyon manat proqnoza qarşı 8 milyon 354 min 793 manat vəsait daxil olmuşdur ki, bu da nəzərdə tutulan məbləğdən 4 milyon 354 min 793 manat artıqdır. Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 2013-cü ildə 332 milyon 700 min manat təyinata qarşı 332 milyon 8 min 10 manat və ya 99,8 faiz icra olunmuşdur.
Sessiyada “Naxçıvan Muxtar Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu və “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun qəbul olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sessiyada çıxış etmişdir.
Naxçıvan
Muxtar Respublikası Ali Məclisinin Sədri
Vasif
Talıbovun çıxışı
- Hörmətli
deputatlar və sessiya iştirakçıları!
Ümummilli
lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
inkişaf strategiyasının davam etdirilməsi nəticəsində
bu gün Azərbaycan Respublikasının bütün bölgələrində,
o cümlədən Naxçıvan Muxtar Respublikasında
iqtisadi və sosial həyatın bütün sahələrində
dinamik inkişafa nail olunmuşdur.
Muxtar
respublikada davamlı olaraq əldə edilən uğurlu nəticələr
Naxçıvan Muxtar Respublikasının
yaradılmasının 90 illiyi ilə əlaqədar elan
olunmuş “Muxtariyyət ili”nin ötən
6 ayında da qorunub saxlanılmışdır.
Hesabat dövrünün ən yaddaqalan hadisəsi
ölkə Prezidenti cənab İlham Əliyevin
Naxçıvan Muxtar Respublikasına səfəridir. Hörmətli Prezidentimiz
muxtar respublikanın inkişafı barədə demişdir:
“Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər
uğurla icra edilir. Bu səfər mənim
Naxçıvana son 10 il ərzində
11-ci səfərimdir. Demək olar ki, hər il
Naxçıvana gəlirəm, burada gedən inkişafla
tanış oluram. Sevinirəm ki, bu gün Naxçıvan
çiçəklənən bir diyardır...”
Ölkə rəhbərinin muxtar respublikada görülən
işləri yüksək dəyərləndirməsi hər
birimizdə iftixar hissi yaratmaqla yanaşı, məsuliyyət
hissini də artırır. Blokada şəraitinin çətinliklərinə
baxmayaraq iqtisadi fəaliyyətin bütün sahələrində
tərəqqiyə nail olmaq, əhalinin yaşayış səviyyəsini
yüksəltmək, maddi rifah halını
yaxşılaşdırmaq naminə muxtar respublikanın
hakimiyyət və təsərrüfat strukturları bundan
sonra da bütün səylərini səfərbər edərək
“Muxtariyyət ili”ni daha yüksək nəticələrlə
başa vurmalıdır. Bunun üçün
2014-cü ilin qalan dövründə aidiyyəti orqanlar
qarşısında daha ciddi vəzifələr dayanır.
Sosial-iqtisadi sahədə davamlı inkişaf tempinin təmin
edilməsi muxtar respublika büdcəsinin, eləcə də
iqtisadi fəaliyyətin bütün sahələrinə
ayrılan maliyyə vəsaitlərinin həcminin ildən-ilə
artmasına səbəb olmuşdur. Bu isə öz
növbəsində maliyyə vəsaitlərindən səmərəli
istifadə olunmasının əhəmiyyətini
artırır. Maliyyə Nazirliyi və onun yerli
orqanları maliyyə sektorunda fəaliyyətin güclənməsinə
nail olmalı, pul vəsaitlərindən təyinatı üzrə
səmərəli istifadəyə diqqəti
artırmalıdırlar.
Muxtar respublikada Dövlət proqramlarının
icrası iqtisadiyyatın çoxsahəli inkişafı, yeni
istehsal müəssisələrinin fəaliyyətə
başlaması, investisiya qoyuluşlarının həcminin
artması üçün geniş imkanlar
açmışdır. İndi əsas vəzifə bu dinamikanı qoruyub
saxlamaq və muxtar respublikanın hər bir sakininin rifahına
xidmət edən iqtisadi artıma nail olmaqdır. Bunun üçün İqtisadiyyat və Sənaye
Nazirliyi yerli xammal və ehtiyatlar əsasında rəqabətqabiliyyətli
məhsul istehsal edən yeni müəssisələrin
yaradılmasına diqqəti artırmalı, texnoloji nailiyyətlərə
əsaslanan layihələrə üstünlük verilməlidir.
Yerlərdə məskunlaşmaya və məşğulluq
səviyyəsinin yüksəldilməsinə xidmət edən
sahələrin, o cümlədən xalq tətbiqi sənətinin
müxtəlif növlərinin, eləcə də yerli təsərrüfatçılıq
ənənələrinə əsaslanan kiçik və orta
sahibkarlıq subyektlərinin fəaliyyəti üçün
hərtərəfli şərait yaradılmalıdır.
Sahibkarlığın inkişafı və əhalinin
işgüzar fəaliyyətinin artırılması sahəsində
dövlət maliyyə yardımının göstərilməsi
məqsədilə qısamüddətli və kiçik həcmli
kreditlərin verilməsi davam etdirilməlidir. Təqdim olunan biznes layihələr ciddi təhlil
olunmalı, onların səmərəliliyi düzgün qiymətləndirilməli,
ayrılmış kreditlərin təyinatı üzrə
istifadəsinə və vaxtında qaytarılmasına nəzarət
olunmalıdır.
2014-cü
il ölkəmizdə “Sənaye ili” elan
olunmuşdur. İqtisadiyyat və Sənaye
Nazirliyi muxtar respublikamızda sənaye sahələrinin vəziyyətini
təhlil etməklə sənaye parklarının
yaradılmasını sürətləndirməli, müəssisələr
qurularkən məşğulluq probleminin həlli və yerli
xammaldan istifadə imkanları nəzərə
alınmalı, istehsalın ərazi və xammal prinsipi üzrə
səmərəli yerləşdirilməsi təmin edilməlidir.
Bazarlarda qiymətlərin süni şəkildə
artmasının qarşısını almaq məqsədilə
monitorinqlər aparılmalı və tədbirlər
görülməlidir. Yerli kənd təsərrüfatı və
digər istehsal məhsullarının birbaşa
istehsalçılar tərəfindən
satışını təşkil etmək üçün
Kənd Təsərrüfatı Nazirliyi yerli icra hakimiyyətləri
ilə birlikdə həftənin şənbə və bazar
günlərində Naxçıvan şəhəri və
rayon mərkəzlərində satış
yarmarkalarının təşkilini bundan sonra da davam etdirməlidirlər.
Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsi aidiyyəti
orqanlarla birlikdə istehlakçıların
hüquqlarının qorunmasına, ticarət, ictimai-iaşə,
məişət və digər xidmət sahələrində
norma və qaydalara əməl
olunmasına, istehlak bazarında məhsulların keyfiyyətinə,
müvafiq standartlara uyğunluğuna ciddi diqqət yetirməlidir.
Daxili bazarın keyfiyyətli ərzaq və kənd təsərrüfatı
məhsulları ilə təmin olunması üçün
Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatlarının
mövsümə uyğun tənzimlənməsini diqqət mərkəzində
saxlamalıdır.
İqtisadiyyatın vacib sahəsi olan aqrar sektor daim diqqət
və qayğı ilə əhatə olunmalıdır. Kənd Təsərrüfatı
Nazirliyi Dövlət Torpaq və Xəritəçəkmə
Komitəsi və yerli icra hakimiyyəti orqanları ilə
birlikdə torpaqlardan səmərəli istifadə, müasir əkin
metodu və suvarma üsulları ilə bağlı əhali
arasında maarifləndirmə tədbirlərini gücləndirməlidir.
Bununla yanaşı, yeni torpaqların əkin
dövriyyəsinə cəlb edilməsi də təmin
olunmalıdır.
Əkinçiliyin inkişafında su ehtiyatlarından səmərəli
istifadə vacib məsələdir. Dövlət Meliorasiya və Su Təsərrüfatı
Komitəsi yerli icra hakimiyyəti orqanları ilə birlikdə
suvarma suyunun bölgüsünə və sudan
səmərəli istifadəyə nəzarəti gücləndirməli,
su itkisinin qarşısı alınmalıdır.
Hazırda kənd təsərrüfatı məhsullarının
kütləvi yığım dövrüdür. Tələbatdan
artıq istehsal olunan kənd təsərrüfatı məhsullarının
tədarükü və tələbatın ilboyu yerli məhsullarla
ödənilməsi məqsədilə İqtisadiyyat və Sənaye
Nazirliyi tədbirlər görməlidir.
Strateji təyinatına görə mühüm əhəmiyyət
kəsb edən taxılın vaxtında və itkisiz
yığılaraq ehtiyat anbarlarına və dəyirmanlara qəbulu
davam etdirilməlidir.
Ərzaq təhlükəsizliyinin təmin olunmasında əkinçiliklə
yanaşı, heyvandarlıq da mühüm əhəmiyyətə
malikdir. Dövlət Baytarlıq Xidməti və onun yerli
orqanları yaradılmış şəraitdən
düzgün istifadə etməli, işlərini günün
tələbləri səviyyəsində qurmalıdırlar.
Hesablaşmalar
zamanı ödənişlərin nağdsız
aparılmasına üstünlük verilməli, ticarət və
xidmət obyektlərində quraşdırılan
POS-terminallardan səmərəli istifadə olunmalı, Mərkəzi
Bankın Naxçıvan Muxtar Respublikası İdarəsi və
Vergilər Nazirliyi dövriyyədə olan nağd pul kütləsinin
azalması üçün tədbirlər görməli,
POS-terminallardan istifadə ilə bağlı əhali
arasında təbliğat xarakterli tədbirlər gücləndirilməlidir.
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyi muxtar respublikada
telekommunikasiya və poçt xidmətlərinin keyfiyyətinin
yaxşılaşdırılması, rəqəmsal televiziya
yayımının və simsiz internetin əhatə dairəsinin
genişləndirilməsi, aidiyyəti orqanlarla birlikdə
“Elektron hökumət” portalında təklif olunan elektron xidmətlərin
işlək olması üçün səylərini daha da
artırmalıdır.
Tikinti-abadlıq işləri keyfiyyətlə
aparılmalıdır. Dövlət Şəhərsalma və
Arxitektura Komitəsi bununla bağlı təsirli tədbirlər
görməli, müasir və qədim memarlıq elementlərindən
istifadə edilməli, inşaat işlərində daha
çox keyfiyyətli yerli tikinti materiallarına
üstünlük verilməlidir. Su,
kanalizasiya, yol, rabitə, elektrik və qaz çəkilişi
ilə məşğul olan təşkilatların fəaliyyətində
əlaqələndirmə və ardıcıllıq təmin
edilməli, izafi xərclərə yol verilməsinin
qarşısı alınmalıdır.
Muxtar respublikanın enerji təhlükəsizliyinin təmin
olunması istiqamətində tədbirlər cari ildə də
davam etdirilməlidir. Dövlət Energetika Agentliyi və
“Naxçıvanqaz” İstehsalat Birliyi tərəfindən
enerji daşıyıcılarından qanunsuz istifadə
hallarının, qaz və elektrik enerjisi itkilərinin
qarşısı alınmalı, istehlak olunan qazın və
elektrik enerjisinin dəyəri vaxtında ödənilməlidir.
Dövlət Statistika Komitəsi muxtar respublikanın
sosial-iqtisadi inkişafı ilə bağlı təhlili
materialların hazırlanaraq kütləvi informasiya vasitələrində
işıqlandırılmasını bundan sonra da davam etdirməlidir.
Mədəniyyət
və Turizm Nazirliyi muzeylərdə kadrların yerləşdirilməsi,
onların peşə və xarici dil biliklərinin
artırılması istiqamətində əməli tədbirlər
görməli, mədəniyyət müəssisələrində
iş intizamına riayət olunmalıdır.
Gənclər və İdman Nazirliyi uşaq-gənclər İdman məktəblərinin fəaliyyətini gücləndirməli, gənclərin fiziki sağlamlığının təmin edilməsi məqsədilə onların idmana cəlbinə, eləcə də muxtar respublika ərazisində olan idman qurğu və obyektlərindən səmərəli istifadəyə diqqəti artırmalıdır.
Təhsil Nazirliyi tabeliyində olan məktəblərdə informasiya-kommunikasiya texnologiyaları üzrə biliklərin artırılması istiqamətində tədbirləri davam etdirməli, yeni tədris ilinə qədər təhsil müəssisələrində elektron təhsilin tətbiqi ilə bağlı aidiyyəti orqanlarla qarşılıqlı fəaliyyəti təmin etməlidir.
Dövlət Sosial Müdafiə Fondu yeni əmək fəaliyyətinə başlayan işçilərin fərdi uçotunun təşkilinə, onların sosial sığorta şəhadətnaməsi ilə təmin olunmasına diqqəti artırmalı, sığorta-pensiya sistemi ilə əlaqədar maarifləndirici tədbirləri gücləndirməlidir.
Şəhər və rayon icra hakimiyyətləri abadlıq işlərinin keyfiyyətlə aparılmasına, tullantıların vaxtlı-vaxtında yığışdırılmasına, yaşıllıqların mühafizəsinə diqqəti artırmalı, vətəndaşların müraciətləri qanuni həll olunmalıdır. Müəssisə və təşkilatlarda nizam-intizam gücləndirilməlidir.
Hüquq mühafizə orqanlarının rəhbərləri, muxtar respublika ərazisində yerləşən ordu, hərbi hissə və birləşmələrin komandan heyətləri maarifləndirmə tədbirlərinin və nizam-intizamın artırılmasına diqqəti artırmalıdırlar.
Biz bu gün 2014-cü ilin birinci yarısında görülən işlərə yekun vurduq. Hesabat dövrü ərzində sosial-iqtisadi sahədə əldə olunan nəticələr Naxçıvan Muxtar Respublikasının 90 illik tarixi ərzində ən yüksək göstəricilərdir. Biz buna ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf və tərəqqi yoluna sadiq olmağımızla, əməli işimizlə nail olmuşuq.
Bununla da Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin dördüncü çağırış
doqquzuncu sessiyası öz işini başa
çatdırmışdır.
Azərbaycan.-2014.- 29 iyun.- S.8.