Dövlət İdarəçilik
Akademiyasında «Azərbaycan Respublikasının xarici siyasəti» və «Elektron
hökumət» istiqamətləri üzrə qısamüddətli
ixtisasartırma kurslarına yekun vurulmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Azərbaycan Respublikasının xarici siyasəti" və "Elektron hökumət" istiqamətləri üzrə qısamüddətli ixtisasartırma kursları başa çatmışdır. Kurslara dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri cəlb olunmuşlar.
DİA-dan
AzərTAc-a bildirilmişdir ki, "Azərbaycan
Respublikasının xarici siyasəti" istiqaməti üzrə
kursun məqsədi "Azərbaycan müasir beynəlxalq
münasibətlər sistemində: ikitərəfli və
çoxtərəfli əlaqələr", "Davamlı
inkişafın planlaşdırılması və idarə
edilməsi: Azərbaycan Respublikası beynəlxalq müqayisələrdə",
"Müasir dövrdə Azərbaycan Respublikasının
xarici siyasətinin prioritet istiqamətləri",
"Sığınacaq hüququ əcnəbilərin
hüququnun spesifik institutu kimi", "Yaxın Şərq
böhranı: problemlər", "Azərbaycanın beynəlxalq
mədəni əlaqələri" və s. mövzularla
bağlı biliklərin dinləyicilərə
çatdırılması və onlarla fikir mübadilələrinin
aparılması olmuşdur.
Kurs
müddətində Azərbaycan Respublikası Prezidenti
Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr
şöbəsinin müdiri, professor Novruz Məmmədov,
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənov,
Dövlət İdarəçilik Akademiyasının rektoru,
akademik Urxan Ələkbərov, Dövlət Miqrasiya Xidmətinin
idarə rəisi Nazim Salmanov, Xarici İşlər Nazirliyinin
Yaxın Şərq və Afrika idarəsinin rəis müavini
Oqtay Qurbanov, Diasporla İş üzrə Dövlət Komitəsinin
şöbə müdiri Cavanşir Vəliyev və digər
dövlət qurumlarının məsul nümayəndələri,
eləcə də Dövlət İdarəçilik
Akademiyasının müəllimləri müxtəlif
mövzularda mühazirələrlə çıxış
etmişlər.
Prezident
Administrasiyasının ictimai-siyasi məsələlər
şöbəsinin müdiri, professor Əli Həsənov
"Azərbaycan Respublikasının xarici siyasəti"
istiqaməti üzrə qısamüddətli ixtisasartırma kurslarını
başa vurmuş dinləyicilərə sertifikatlar təqdim
etmişdir.
Dövlət
İdarəçilik Akademiyasında "Elektron hökumət"
istiqaməti üzrə də qısamüddətli ixtisasartırma kursu başa
çatmışdır. Kursa dövlət hakimiyyətinin mərkəzi,
şəhər, rayon miqyaslı orqanlarının, müvafiq
nazirlik, komitə və idarələrin rəhbər
işçiləri cəlb olunmuşlar.
Bu
istiqamətdə kursların əsas məqsədi isə
"Elektron hökumət": dövlət qulluqçusu yeni
informasiya məkanında", "Azərbaycanda informasiya cəmiyyəti
quruculuğu", "Elektron hökumət" dövlət
orqanlarının fəaliyyətinin təşkilinin yeni
formasi kimi", "Elektron hökumət"in normativ
hüquqi təminati", "Elektron xidmətlər:
onların təşkili və təqdim olunmasi",
"Elektron hökumət"in uğurunun amilləri",
"Minilliyin yeni inkişaf məqsədləri" kimi
mövzularla bağlı biliklərin dinləyicilərə
çatdırılması və onlarla fikir mübadilələrinin
aparılması olmuşdur.
Kurs
müddətində rabitə və informasiya texnologiyaları
nazirinin müavini Elmir Vəlizadə, Dövlət İdarəçilik
Akademiyasının rektoru Urxan Ələkbərov, Prezident
yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinin əməkdaşları
Aqil Quliyev, Murad Fətullayev, Dövlət İdarəçilik
Akademiyasının I prorektoru, professor Əlikram Abdullayev və
akademiyanın professor-müəllim heyətinin müxtəlif
mövzularda mühazirələri dinlənilmişdir.
Dövlət
İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov
"Elektron hökumət" istiqaməti üzrə
qısamüddətli ixtisasartırma kurslarını başa
vurmuş dinləyicilərə sertifikatlar təqdim
etmişdir.
Azərbaycan.-2014.- 1 mart.- S.2.