Azərbaycan Respublikasının fövqəladə
hallar
naziri Qubada vətəndaşları
qəbul etmişdir
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov fevralın 28-də Quba Mədəniyyət Evində şimal bölgəsindən olan vətəndaşları qəbul etmişdir.
Qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinləri ilə yanaşı, həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak etmişlər. Nazirliyin müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən qəbul zamanı müraciətlərin əksəriyyəti işə qəbul və qəzalı vəziyyətdəki evlərin təmiri ilə bağlı olmuşdur.
Nazir Kəmaləddin Heydərov vətəndaşların müraciətlərində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün əlaqədar struktur qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Gün ərzində nazir tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bəziləri yerindəcə öz həllini tapmışdır.
Eyni zamanda, struktur rəhbərlərinə hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll olunması tapşırılmışdır.
AzərTAc
Azərbaycan.-2014.- 1 mart.- S.9.