Dövlət Gömrük
Komitəsinin sədri Gəncə
şəhərində vətəndaşları
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həll olunması üçün müxtəlif tədbirlər görürlər.
Fevralın
28-də Dövlət Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı Aydın Əliyev Gəncədə
Naftalan, Gəncə şəhərlərindən, Goranboy, Kəlbəcər
və Daşkəsən rayonlarından olan vətəndaşları
qəbul etmişdir.
Qəbula
gəlmiş vətəndaşların müraciətləri əsasən
işə qəbul və gömrük prosedurları ilə
bağlı olmuşdur.
Komitənin
sədri Aydın Əliyev vətəndaşların arzu və
təkliflərini diqqətlə dinləmiş,
qaldırılan məsələlərin qanunvericiliyə
uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə
tapşırıqlar vermişdir.
Qəbulda
qaldırılan məsələlərin bəziləri yerindəcə
həll edilmiş, bəziləri barədə vətəndaşlara
məsləhətlər verilmiş, komitənin strukturuna aid
olmayan bir neçə məsələ isə qeydiyyata alınaraq aidiyyəti orqanlara
çatdırılması üçün nəzarətə
götürülmüşdür.
AzərTAc
Azərbaycan.-2014.- 1 mart.- S.9.