Nəqliyyat naziri Goranboyda vətəndaşları qəbul etmişdir
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər.
AzərTAc
xəbər verir ki, respublikanın nəqliyyat naziri Ziya Məmmədov
növbəti qəbulu Goranboy rayonunda keçirmişdir. Qəbulda
Goranboyla yanaşı, Yevlax, Bərdə, Tərtər
rayonlarının sakinləri və Xocalıdan olan məcburi
köçkünlər də iştirak etmişlər.
Müraciətlər
əsasən rayonlararası və kənddaxili yolların bərpası,
qəza vəziyyətində olan körpülərin təmiri,
dəmiryol keçidlərində təhlükəsizlik, eləcə
də işə qəbul məsələləri ilə
bağlı olmuşdur. Bəzi müraciətlər yerindəcə
həll edilmişdir. Qaldırılan bir sıra məsələlər
isə tədbir görülmək üçün nəzarətə
götürülmüşdür.
Ümumiyyətlə,
70-dək vətəndaşın iştirak etdiyi qəbulda
nazirliyin səlahiyyətinə aid olmayan müraciətlər
müvafiq orqanlara çatdırılmaq üçün
qeydiyyata alınmışdır.
Azərbaycan.-2014.- 1 mart.- S.9.