Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının

sədri İmişlidə vətəndaşları qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciət, ərizə və şikayətlərinin müsbət həll edilməsi üçün müvafiq tədbirlər görürlər.

AzərTAc xəbər verir ki, fevralın 28-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə İmişlidə Ağcabədi, Ağdam, Füzuli, İmişli, Beyləqan və Zərdab rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən təhsil və təlim-tərbiyə sahəsindəki məsələlərlə bağlı olmuşdur.

Vətəndaşlar növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında edilmiş dəyişikliklərdən, qəbul qaydalarına tətbiq olunan yenilik, sınaq imtahanlarının sayının artırılması, qabiliyyət, buraxılış və monitorinq imtahanları və s. məsələlərlə bağlı rəy və təkliflərini bildirmişlər.

Bəzi vətəndaşların TQDK-nın səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq təşkilatlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.

 

Azərbaycan.-2014.- 1 mart.- S.9.