Bakı Dövlət Universitetinin
bir qrup
alimi yubileyləri münasibətilə
mükafatlandırılmışdır
Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov BDU-da çalışan bir qrup alim və ziyalını yubileyləri münasibətilə təbrik etmişdir.
Bakı
Dövlət Universiteti mətbuat və informasiya şöbəsindən
AzərTAc-a bildirmişlər ki, akademik A.Məhərrəmov
həmin ziyalıların elmin və
təhsilin inkişafında, yüksək ixtisaslı mütəxəssislərin
hazırlanmasında və gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyə olunmasındakı xidmətlərini
xüsusi vurğulamışdır.
Rektor
BDU-nun funksiyalar nəzəriyyəsi və funksional analiz
kafedrasının müdiri, professor Əli Əhmədov,
hesablama riyaziyyatı kafedrasının müdiri, professor Qalina
Mehdiyeva, fəlsəfə kafedrasının professoru Əziz Məmmədov
və nəzəri mexanika bütöv mühit mexanikası
kafedrasının müdiri, professor Rəfail Əmənzadəni
70, türk xalqları ədəbiyyatı kafedrasının
müdiri, professor Ramiz Əsgəri 60, botanika
kafedrasının professoru Ağavəli İbrahimov,
bioekologiya kafedrasının dosenti Svetlana Cəfərova və
coğrafi ekologiya kafedrasının professoru Telman Xəlilovu
75, funksiyalar nəzəriyyəsi və funksional analiz
kafedrasının professoru Sabir Mirzəyevi 65, fiziki
coğrafiya kafedrasının baş müəllimi Tamilla
Şəmilzadəni 80, coğrafiya fakültəsinin dekan
müavini Şəkər Məmmədovanı və BDU-nun
aparıcı mühəndisi Müstəqim Məmmədovu 50
illik yubileyləri münasibətilə təbrik etmişdir.
Yubilyarlara
fəxri fərmanlar təqdim olunmuşdur.
Azərbaycan.-2014.- 1 mart.- S.9.