Azərbaycan Prezidenti İlham Əliyev Amerika Yəhudi
Komitəsinin icraçı
direktorunun başçılıq etdiyi
nümayəndə
heyətini qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
İcraçı
direktor Devid Harris ölkəmizə son səfərindən
ötən dövr ərzində Azərbaycanın çox
böyük nailiyyətlər əldə etməsini məmnunluqla
vurğuladı.
Söhbət
zamanı Amerika Yəhudi Komitəsinin üzvləri ilə
müntəzəm görüşlərin keçirilməsinin
əhəmiyyəti qeyd edildi, bu görüşlərin Azərbaycan
Respublikası ilə Amerika Birləşmiş Ştatları
və Azərbaycan ilə İsrail arasında əlaqələrin
inkişafına töhfə verdiyi bildirildi.
Görüşdə,
həmçinin Azərbaycan ilə Amerika Yəhudi Komitəsi
arasında əməkdaşlığın perspektivləri ətrafında
fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.-2014.- 4 mart.- S.1.