Çin Xalq
Respublikasının Sədri zati-aliləri cənab Si Cinpinə
Hörmətli cənab Sədr!
Kunmin şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi son dərəcə kədərləndirdi.
Biz bu qanlı hadisədən olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir və terrorizmə qarşı hamılıqla mübarizəni dəstəkləyirik.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 3 mart 2014-cü il
Azərbaycan.-2014.-
4 mart.- S.1.