Azərbaycanda etnik, milli, dini mənsubiyyətindən
asılı olmayaraq bütün
vətəndaşların hüquq və
azadlıqlarının təminatı daim
diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev mərkəzi qərargahı Brüsseldə yerləşən Beynəlxalq Sərhədsiz İnsan Haqları Təşkilatının (BSİHT) direktoru Villi Fetr ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdə insan hüquqları sahəsində böyük təcrübəyə malik olan BSİHT-in direktoru Şuranın maliyyə dəstəyi ilə həyata keçirdikləri "Azərbaycanda birgə yaşayış: etnik fərqliliyin idarə edilməsi və tolerantlıq mədəniyyəti" layihəsinin icra vəziyyəti haqqında məlumat vermişdir.
Villi Fetr martın 6-dək Azərbaycanın rus, polyak, avar, tatar, ləzgi, talış, erməni, ukraynalı, bolqar, kürd, yunan, kazak və axıska türkləri icmalarının nümayəndələri ilə görüş keçirəcəklərini vurğulamışdır. Qonaq səfərin nəticəsi olaraq hazırlayacaqları hesabatın cari ilin sentyabrında Avropa Parlamentinin yeni seçilmiş üzvlərinə, oktyabrda isə Varşavada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna (DTİHB) təqdim olunacağını qeyd etmişdir.
Azay Quliyev Azərbaycanda etnik, milli, dini
mənsubiyyətindən asılı olmayaraq
bütün vətəndaşların hüquq və azadlıqlarının təminatı
məsələsinin daim diqqətdə
saxlanıldığını bildirmişdir.
Şura sədri ölkəmizdə yüz illərdən bəri mövcud
olan multikulturalizm mühiti haqqında
danışmış və demokratikləşmə istiqamətində
həyata keçirilən işlərlə bağlı məlumat
vermişdir. Vurğulanmışdır ki, saylarından asılı olmayaraq
əksər etnik qruplar
Azərbaycan parlamentində də təmsil olunur
və onlar vətəndaş
hüquqlarından tam şəkildə
istifadə edirlər.
Azərbaycan.-2014.- 4 mart.- S.2.