Ombudsman Aparatının
əməkdaşı Kişineuda
regional konfransda iştirak etmişdir
Moldova Respublikasının paytaxtı Kişineu şəhərində Avropa
İttifaqı və Avropa Şurasının birgə proqramı çərçivəsində "Penitensiar sistemdə pis rəftarla mübarizənin səmərəliliyinin
təmin edilməsi"
mövzusunda regional konfrans
keçirilmişdir.
Azərbaycan Respublikasının İnsan
Hüquqları üzrə
Müvəkkili Aparatının
İşgəncələrin qarşısının alınması
şöbəsi müdirinin
müavini Absələddin
Əliyev tədbirdə
iştirak etmişdir.
Ombudsman Aparatından AzərTAc-a bildirmişlər ki, beynəlxalq qurumların tanınmış ekspertləri,
habelə Azərbaycan,
Gürcüstan, Moldova, Ukrayna
və Ermənistandan olan dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının
təmsilçiləri bu
sahədəki fəaliyyətləri barədə ətraflı məlumat vermişlər.
A.Əliyev tədbirdə Azərbaycan
Ombudsmanının işgəncələr
əleyhinə milli preventiv mexanizm (MPM) qismində gördüyü
işlər, milli qanunvericiliyin təkmilləşdirilməsi
ilə bağlı təklifləri, azadlıqdan
məhrumetmə yerlərinə,
o cümlədən penitensiar
müəssisələrə başçəkmələrin həyata keçirilməsi,
habelə "Həbs
yerlərində saxlanılan
şəxslərin hüquq
və azadlıqlarının
təmin edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanunu
və onun tətbiqi ilə bağlı tədbirlər
haqqında məlumat vermişdir. O, Azərbaycan
MPM sahəsində təcrübəsini
iştirakçıların diqqətinə çatdırmış,
sualları cavablandırmışdır.
Tədbirdə həmçinin Azərbaycan
Respublikası Baş Prokurorluğunun, Ədliyyə
Nazirliyi Penitensiar Xidmətinin və Daxili İşlər Nazirliyinin məsul əməkdaşları, Avropa
Şurasının ölkəmizdəki
ofisinin nümayəndəsi,
Konstitusiya Araşdırmalar
Mərkəzinin rəhbəri
də iştirak etmişlər.
Regional konfrans səmərəli
müzakirələr və
təcrübə mübadiləsi
şəraitində başa
çatmışdır.
Azərbaycan.-2014.-
4 mart.- S.2.