Qobustanlılar daha yüksək sosial-iqtisadi

 göstəricilərə nail olacaqlarına əmindirlər

 

Birinciikinci regional inkişaf dövlət proqramlarının icrası Qobustan rayonunun inkişafında da əhəmiyyətli rol oynamışdır. Rayonun simasının dəyişməsi, müasirləşməsi, gənc Qobustan şəhərinin yaranması bu günün reallıqlarıdır. Hər bir qobustanlı yaxşı bilir ki, bu reallıqları şərtləndirən əsas amillər sırasında Prezident İlham Əliyevin Qobustana qayğısı mühüm əhəmiyyət kəsb edir. Bu qayğıya görə rayon sakinləri dövlət başçısına minnətdarlıqlarını bildirir və qarşıda duran vəzifələrin icrasında daha işgüzar olacaqlarını bəyan edirlər.

Qobustanla bağlı İkinci Dövlət Proqramında nəzərdə tutulmuş bəndlərin icrası nəticəsində son 5 ildə rayonda ümumi göstərici 2 dəfə, o cümlədən kənd təsərrüfatında 89,7 faiz, ticarətdə 7 dəfə, nəqliyyatda isə 66,5 faiz artıb. 2012-ci illə müqayisədə ötən il ümumi məhsul istehsalı 8,6 faiz, o cümlədən kənd təsərrüfatı üzrə 11,4 faiz çox olub.

Bu barədə Qobustan RİH başçısı Adil Məmmədovun 2013-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqdakı hesabatında ətraflı bəhs olunub.

 

Məruzədə bildirilir ki, 2013-cü ildə Qobustanda 257-si daimi olmaqla 2242 yeni yeri açılıb. Qobustan kimi böyük olmayan rayon üçün bu, uğurlu göstəricidir.

2012-ci ildə 31 layihə üzrə rayonda 298 min manat kredit verildiyi halda, 2013-cü ildə 46 layihə üzrə 491 min manat kredit verilib. Bu isə 56 yeni yerinin yaradılmasına imkan verəcək.

Qobustanda tikinti-quruculuq işlərinə də böyük əhəmiyyət verilir. 13000 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən 23 km-lik Qobustan-Xilmilli yolu istifadəyə verilib. Ölkə Prezidentinin 4 dekabr 2013-cü il tarixli sərəncamı ilə 15000 nəfər əhalinin yaşadığı 6 kəndi birləşdirən Təklə-Sündü-Xilmilli yolunun çəkilişinə başlanılıb.

Çalov kəndinin yolları asfaltlanıb, Nardaran kəndinə 18 kilometr uzunluğunda daş örtüklü yol çəkilib. Qobustan şəhərində isə 2,7 kilometr yola asfalt vurulub, idman kompleksinə gedən yolda abadlıq işləri görülüb, yaşıllıqlar salınıb.

Son illər təhsil, səhiyyə, mədəniyyət, turizmidman sahələrində də tikinti işləri geniş vüsət alıb. 2220 şagirdlik 12, o cümlədən Heydər Əliyev Fondunun dəstəyi ilə 620 yerlik 4 məktəb binası inşa edilib. Ötən il 624 yerlik Cəyirli və 420 şagirdlik Ərəbqədim tam orta məktəblərinin bərpa-gücləndirilməsi və 180 yerlik Cəyirli ümumi orta məktəbinin tikintisi başa çatdırılaraq istifadəyə verilib. Sündü kəndindəki 40 yerlik uşaq bağçasının tikintisi də tamamlanıb. Çuxanlı kəndində tam orta məktəb üçün 180 yerlik yeni binanın tikintisi davam edir.

Yığıncaqda vurğulanıb ki, köhnə binalarda yerləşən 14 məktəb və 4 uşaq bağçası üçün yeni binaların tikintisinə, 10 kənddə isə uşaq bağçasının açılmasına ehtiyac var.

Qobustanda fəaliyyət göstərən "Bağ-bağat" istirahət mərkəzində mövcud şərait daha da yaxşılaşdırılır. Ötən il burada "Qabuland" mehmanxanası istifadəyə verilib.

Rayonda abadlıq, səliqə-sahman, yaşıllaşdırma işləri də uğurla davam edir. Milli ornament üslubunda daş hasarlar tikilir, işıqlandırma sistemləri qurulur.

Xilmilli və Cəmcəmli kəndlərində daxili imkanlar hesabına icra ərazi nümayəndəlikləri üçün yeni inzibati binalar tikilib istifadəyə verilib, Yekəxana və Şıxzahırlı kəndlərindəki yeni inzibati binaların tikintisində isə tamamlama işləri görülür. Bütün regionlar kimi, Qobustan üçün də əhəmiyyətli məsələlər sırasında əhalinin içməli su, təbii qazelektrik enerjisi ilə normal təminatı böyük əhəmiyyət kəsb edir.

Yarandığı vaxtdan içməli su sarıdan korluq çəkən, ərazisində heç bir içməli su mənbəyi olmayan Ərəbqədim, Göydərə və Cəmcəmli kəndlərinə 2013-cü ildə içməli suyun verilməsi böyük sevincə səbəb olub.

Ancaq görüləsi işlər hələ çoxdur. Qobustan şəhər əhalisinin 70 faizindən çoxu içməli suyu daşıma yolu ilə alır. Şəhərin Nərimankənd adlanan hissəsində 4000 nəfərdən artıq sakinin içməli su problemi həll edilməyib. Həmin sahəyə 9 km-lik məsafədən öz axını ilə gətirilməsi mümkün olan su mənbəyinin mövcudluğu barədə "Azərsu" SC-yə dəfələrlə müraciət edilməsinə baxmayaraq, real nəticə yoxdur.

Qobustan şəhərində hələ supaylayıcı şəbəkə və kanalizasiya sisteminin qurulmasına başlanılmayıb.

Rayonun yaşayış məntəqələrinin qazlaşdırılması işləri isə 2014-cü ildə də davam etdirilir. Yeni xətlərin çəkilişi üçün layihə-smeta sənədləri hazırlanır. Qobustan şəhərinə alternativ elektrik enerjisinin verilməsi üçün stansiyanın tikintisi başa çatdırılıb, "Yeni Massiv" adlanan əraziyə 60 Kva transformator qoyulub. Bu istiqamətdə işlər görülsə də, mövcud elektrik verilişi xətləri istismar müddətini çoxdan başa vurub.

Məruzədə və ayrı-ayrı çıxışlarda qeyd olundu ki, qobustanlıların qurub-yaratmaq əzmi yüksəkdir. Buna görə də əmindirlər ki, mövcud çətinliklər aradan qaldırılacaq və onlar bu il daha yüksək sosial-iqtisadi uğurlara nail olacaqlar.

 

 

 

Telman NƏZƏRLİ,

Azərbaycan.-2014.- 4 mart.- S.3.